Nobel mükafatı laureatlarının adları açıqlandı

İsveçdə fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri elan edilib.2017-ci ildə bu mükafata amerikalı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar bu mükafata “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə layiq görülüblər.  Laureatlar 9 milyon isveç kronu həcmində pul mükafatı alacaqlar. Ənənəyə uyğun olaraq, Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə Stokholmda təqdim ediləcək.

İsveçdə fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri elan edilib.2017-ci ildə bu mükafata amerikalı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar bu mükafata "hüceyrə saatı" adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə layiq görülüblər. 
Laureatlar 9 milyon isveç kronu həcmində pul mükafatı alacaqlar. Ənənəyə uyğun olaraq, Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə Stokholmda təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31