Qərb “demokratiyası”

Qərb hər zaman özünün “demokratiyası” ilə dünyada “nümunə” rolunu oynayıb. Dünən də belə olub, bu gün də belədir. Yəqin ki sabah da bu dəyişməz olaraq qalacaq. Nə qədər ki, Qərbin baxış bucağı, yanaşma tərzi dəyişməyib.

Yaxud ikili standartların daha bir nümunəsi

Qərb hər zaman özünün "demokratiyası" ilə dünyada "nümunə" rolunu oynayıb. Dünən də belə olub, bu gün də belədir. Yəqin ki sabah da bu dəyişməz olaraq qalacaq. Nə qədər ki, Qərbin baxış bucağı, yanaşma tərzi dəyişməyib.

Bu günlər yenə Qərb "demokratiyası" bütün dünya kütləvi informasiya vasitələrinin manşetlərini bəzəyib. Söhbət İspaniyada müstəqillik arzusu ilə referenduma gedən katalonların da bu "demokratiya"dan "faydalanmasıdır". Məlum olduğu kimi İspaniya hakimiyyəti Kataloniyada müstəqillik referendumuna mane olmaq üçün Kataloniyaya xeyli sayda polis və zirehli texnika yeridib. Nəticədə referendum tərəfdarları ilə hakimiyyət qüvvələri arasında ciddi qarşıdurma yaşanıb. Müstəqillik arzusu ilə küçələrə çıxan (əslində isə bu da separatizmin bir növüdür) katalonlara İspan polisi gözyaşardıcı qazdan və rezin güllələrdən belə istifadə edərək dinc insanlara qarşı amansız vəhşilik törədib. Qarşıdurmalar nəticəsində ilkin məlumata görə, 900 nəfərə yaxın insan xəsarət alıb ki, onların da çoxu yaşlı və qocalardır.

Ancaq İspaniyada yaşanan olayları izləyərkən, müşahidə edərkən maraqlı bir tendensiya müşahidə edilir. Demokratiyadan ağız dolusu danışanların dinc, silahsız insanlara qarşı zorakılığa, fiziki təzyiqlərə məruz qalmasına göz yumması. Qəribədir deyilmi? Axı biz hər zaman Qərbdə insan hüquq və azadlıqlarına hörmətlə yanaşıldığını, insanların poilis zorakılığına məruz qalmasına kəskin əks reaksiya sərgiləndiyini müşahidə etmişik. Qərb bu cür hər hansı bir xırda insdentin baş verdiyi ölkəni antidemokratik rejim olaraq xarakterizə edib axı. Bəs indi nə oldu? Demokratiya yaddan çıxdımı? Yaxud İspan polisinin fiziki güc tətbiq etdiyi minlərlə katalon insan deyilmi, onların hüquqları yoxdurmu?

Cavablar sadə və hər kəs üçün aydındır. Qərbin demokratiyası, insan hüquqlarını müdafiə bağırtısı, hay-həşiri də yalnız özünə sərf etdiyi zaman əsas götürülür. Necə ki, bu və ya digər məsələlərdə, işğalçılıq, terrorizm, separatizm məsələlərində Avropanın, Qərbin öz standartı mövcuddur, eləcə də demokratiya, insan hüquqları məsələsində də eyni yanaşma sərgilənir. Əks halda İspaniyadakı polis zorakılığıa qədər olan müddətdə, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin Birləşmiş Ştatlarda qaradərililərə qarşı fiziki güc tətbiq olunanda demokratiya, insan haqları yada düşərdi. Deməli Avropa, Qərb demokratiyası yalnız sözdədir. Digər tərəfdən bu "demokratiya" müəyyən ölkələrə qarşı bir təzyiq vasitəsidir. Görəsən bir neçə gün əvvəl Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edərək ölkəmizin qurumdakı təmsilçiliyinə son qoyulmasını təklif edən Avropa Şurasının baş katibi Yaqland İspaniyada baş verənlərdən xəbərsizdir? Yaxud baş katib üçün katolonların hüququ əhəmiyyətsizdir?

Nəyə görə Avropanın müvafiq təşkilatları, siyasi institutları üçün bəzi hallarda "Avropa dəyərləri", demokratiya, liberal hüquqlar yada düşür, ancaq qoca qitənin özündə bu hüquqlar kobud şəkildə pozulduqda "demokratiya" dağarcıqlarının səsi çıxmır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Avropada əməl edilməyən "dəyərlər"lər Azərbaycan kimi  demokratiya yolu ilə inkişaf edən  dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bir qədər də konkretləşdirsək deyə bilərik ki, Qərb demokratik dəyərlərə münasibətdə də "Avropa standartları"ndan deyil, ikili standartlardan çıxış edir. Hansı ki, ölkə olaraq hər addımda bu ikili standartlarla rastlaşır, ədalətsiz yanaşma ilə üzləşirik. O zaman maraqlı sual ortaya çıxır. Bir neçə gün əvvəl radikal müxalif düşərgənin paytax Bakıda keçirdiyi aksiya, həmin aksiyaya polisin heç bir təzyiq göstərməməsi. əksinə aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunması sərbəst toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığıdır, yoxsa ötən gün katalonların müstəqillik mitinqinin hüquq mühafizə oqanları tərəfindən vəhşicəsinə dağıdılması, nəticədə yüzlərlə insanın xəsarət alması? Bu iki müqayisəli təhlildən sonra belə bəzi Qərb dairələrin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamları təbii ki, qarayaxma kampaniyasından başqa bir şey adlandırmaq olmaz.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31