Rusiyada ÜAK-ın əvəzinə yeni diaspor strukturu yaradıla bilər

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə qalarsa, qısa zamanda azərbaycanlıların yeni diaspor strukturu yaradılacaq. Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman, ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq. Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. Sonuncunun tezliklə diaspor fəallarının ixtiyarına təqdim ediləcək yeni geniş ofis aldığı məlumdur. Yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbilə ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apelyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə "Report"a ÜAK rəhbərliyinə yaxın mənbə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31