Bakıda beynəlxalq seminar keçirilib
Bakı Biznes Tədris Mərkəzində "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın ölkəmizdəki Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.
2 Oktyabr 2017 16:49 SosialBakı Biznes Tədris Mərkəzində "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın ölkəmizdəki Səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.
Seminarda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın Azərbaycandakı səfiri Michael Kindsgrab, Almaniya Sənaye və Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, GİZ-in layihələr üzrə baş meneceri Lyudmila Metzdorf, eləcə də Almaniya tədris mərkəzlərinin nümayəndələri "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" barədə məlumat veriblər. Qeyd edilib ki, Proqramın icra olunduğu 9 il ərzində Azərbaycandan olan 320 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində ixtisasartırma kursu keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.