AzTU Almaniya və Çexiya universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Ərəstun Məmmədov və Fariz Əmirov Almaniya və Çexiyayada işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, alimlər səfər çərçivəsində Almaniyanın Brandenburg Texniki Universitetində (BTU) və Çexiyanın Liberec Texniki Universitetində (LTU) bir sıra görüşlər keçiriblər, elmi məruzələrlə çıxış ediblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Ərəstun Məmmədov və Fariz Əmirov Almaniya və Çexiyayada işgüzar səfərdə olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, alimlər səfər çərçivəsində Almaniyanın Brandenburg Texniki Universitetində (BTU) və Çexiyanın Liberec Texniki Universitetində (LTU) bir sıra görüşlər keçiriblər, elmi məruzələrlə çıxış ediblər. Görüşlər zamanı avropalı elm adamlarına AzTU-da son illər aparılan elmi işlər, ölkəmizdə texniki elmin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladı "Strateji yol xəritəsi"ndə texniki təhsil ayrıca istiqamət olaraq göstərilir və bu sahənin qarşıdakı illərdə inkişaf etdirilməsi üçün konkret hədəflər qeyd olunub. Məruzələr zamanı AzTU-da aparılan elmi tədqiqat işləri və tədrislə yaxından maraqlanan BTU tələbəsi tədrisini bir smestrlik Azərbaycan Texniki Universitetində davam etmək istəyini bildirib. AzTU ilə Almaniyanın Brandenburg Texniki Universiteti arasında mövcud olan tələbə mübadiləsi proqramına əsasən həmin tələbənin istəyinə müsbət cavab verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31