Qərbin çoxşaxəli Yaxın Şərq siyasəti

Yaxın Şərq hər ötən gün həlli daha da mürəkkəbləşən, gərginliyin artdığı, silahlı qarşıdurmalar, terror, insane tələfatının çoxaldığı bir regiona çevrilir. Uzun illərdir regionda sülh və sabitlik yaradılması adı altında “çalışan” dünya güclərinin “fəaliyyətinin” nəticəsidir ki, Yaxın Şərq problem həll edilmədən qalır. Əksinə hər il onun üzərinə daha bir problem əlavə olunur.

Bu həm də Şərq insanının savadsızlaşdırılmasına hesablanıb

Yaxın Şərq hər ötən gün həlli daha da mürəkkəbləşən, gərginliyin artdığı, silahlı qarşıdurmalar, terror, insane tələfatının çoxaldığı bir regiona çevrilir. Uzun illərdir regionda sülh və sabitlik yaradılması adı altında "çalışan" dünya güclərinin "fəaliyyətinin" nəticəsidir ki, Yaxın Şərq problem həll edilmədən qalır. Əksinə hər il onun üzərinə daha bir problem əlavə olunur. Əgər əvvəllər Yaxın Şərq problem dedikdə, yalnız İsrail-Fələstin münaqişəsi aöıla gəlir və bu problemin həlli istiqamətində az-çox səy göstərilirdisə, sonradan, daha doğrusu Qərbin "demokratiyası" nəticəsində bura İraq, yaxın tariximizdə Suriya problem, bəşəriyyətin bəlasına çevrilən İŞİD amili əlavə olundu. Artıq Yaxın Şərq sözün həqiq mənasında idarəedilməz bir vəziyyətə düşüb. Bu günlərdə isə Qərb, Avropa Yaxın Şərqə daha bir problem "hədiyyə" etdi. Söhbət bu günlərdə Qərbin ciddi dəstəyi ilə Şimali İraqda müstəqillik referendumunun keçirilməsindən gedir. Açıq şəkildə etiraf edilməlidir ki, sözügedən referendum regionda yeni bir münaqişə ocağının yaranmasına hesablanıb. Eyni zamanda referendum yolu ilə yaradılan "Kürdüstan" respublikası ilə Türkiyəni, İranı zəiflətməyi nəzərdə tutub. Ən əsası isə Qərb Yaxın Şərqdə bu kimi konfliktlər, müharibə ocaqları yaratmaqla şərq insanını elmdən. savad almaqdan uzaqlaşdırmağa çalışır, onun xaos anarxiya içərisində yaşamasını reallaşdırır. Yəni Qərb texnologiyası Şərq insanını savadsızlaşdırır, onu elmdən uzaqlaşdırır. Bu gün Yaxın Şərqin insanı, gənci dünyanın nüfuzlu ali ocaqlarında elmə, biliyə yiyələnməli olduğu halda, əlində silah mənasız mübaizə aparır. Özü də bilmədən Qərbin məkirli planının, parçala, böl siyasətinin icraçısına çevrilir. Təkcə elə İraq və Suriyada gedən döyüşlərdə həlak olan gənclərin statistikasına nəzər yetirdikdə bunu aydın görmək olur. Bu həm də müsəlmanların sayının planlı şəkildə azaldılmasına hesablanmış bir oyundur. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir. O, bildirib ki, dünyada cəmiyyətlər arsında ziddiyyətlərin və fərqin getdikcə artması, yəni kəskin təbəqələşmə prosesinə start verildiyi göz önündədir. Bunun da arxasında ilk növbədə biliyə dayynan texnoloji üstünlük durur: "Bu biliyin digərləriylə paylaşılmaması, digər cəmiyyətlərə əlçatan olmaması üçün təhlükəli addımlar atılır, belə demək mümkünsə, qlobal səviyyədə problemli zonaları formalaşdırılır. Elə zonalar ki, ora çağdaş texnologiyanın getməsi indikindən qat-qat çətin olsun, yaxud da heç mümkün olmasın. Yəni yer və cəmiyyət fərqliliyi həm də zaman fərqliliyinə çevirilsin". Millət vəkilinin sözlərinə görə, hazırda Yaxın Şərqdə gedən proseslər də buna hesablanıb: "Buradakı savaşlar və xaos təkcə müsəlmanların sayının mümkün qədər azaldılması məqsədilə edilmir. Həm də onun üçün edilir ki, biliyə, texnologiyaya yolları tam kəsilsin. İŞİD və buna bənzər qruplaşmalar bir tərəfdən müsəlmanlar arasında cəhalət və qarşıdurmasını daha da artırmaq üçündürsə, digər tərəfdən də elmə, biliyə çıxışı olan təmsilçilərini oradan didərgin salmaq, belələriylə təmsil etdikləri cəmiyyət arasında körpüləri tam yandırmaq üçündür. Həmin o İŞİD, "Əl-Qaidə" və digərlərinə dayanılaraq Qərbdə aparılan islamafobiya siyasətində də fikrimcə, məqsəd məhz budur. Məqsəd odur ki, oradakı müsəlmanların bir hissəsini sürətlə öz içlərində əritsinlər, assimilyasiyaya uğramayanları isə vətənlərinə göndərsinlər. Göndərsinlər ki, gəlişmiş cəmiyyətlərlə geridə qalanlar arsında ideya, bilgi, informasiya daşıyıcları olmasın. Beləliklə də indiki kimi aralarında 30-40 il deyil, ən azı iki əsr və daha çox fərq olan cəmiyyətlər formalaşdırsınlar. Bu isə quldarlıq quruluşundan da amansız bir dönəmin gəlişi deməkdir". Millət vəkili Sahib Alıyev indi müsəlmanlar bir şeyi dərk etməlidirlər ki, indi qan tökmək yox, qanmaq, başa döymək yox, başlı olmaq vaxtıdır: "Yoxsa gələcəkdə indikindən qat-qat artıq qanımız axıdılacaq və başımıza döyüləcək. Yeri gəlmişkən, bir şeyi də unutmamalıyıq. Biz də təbiətin bir parçasıyıq. Baş verən dəyişikliklərinə uyğunlaşmağı bacarmadıqları üçün hətta dinozavr, mamont kimi nəhənglərinin də məhv oldub getdikləri təbiətin".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31