Azərbaycanın müstəqil siyasət kursu Avropada bəzi dairələri narahat edir
Azərbaycan hər dəfə uğurlu bir layihəyə imza atanda, regionda mövqelərini möhkəmləndirəndə dərhal ona qarşı beynəlxalq səviyyədə təxribat xarakterli kampaniyaya start verilir. Hazırda da belə bir mənfi tendensiya müşahidə edilməkdədir. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair yeni bir müqavilənin imzalanmasından sonra bu hal daha çox müşahidə edilməyə başlayıb.
2 Oktyabr 2017 14:00 SiyasətÖlkəmizə qarşı olan təzyiqlərin başlıca səbəbi budur
Azərbaycan hər dəfə uğurlu bir layihəyə imza atanda, regionda mövqelərini möhkəmləndirəndə dərhal ona qarşı beynəlxalq səviyyədə təxribat xarakterli kampaniyaya start verilir. Hazırda da belə bir mənfi tendensiya müşahidə edilməkdədir. "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsinə dair yeni bir müqavilənin imzalanmasından sonra bu hal daha çox müşahidə edilməyə başlayıb. Bu dəfə isə Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, erməni dəyirmanına su tökən Avropa Şurasının baş katibi Turbeyrn Yaqlanddır. Belə ki, qurumun baş katibi bir neçə gün əvvəl Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu, rəmsi Bakının guya AŞ-ın öhdəliklərinə əməl etmədiyini iddia edərək ölkəmizin sözügedən qurumdan xaric edilməsi təşəbbüsü ilə çıxış edib. Avropa Şurasının baş katibinin bu qeyri-obyektiv, Azərbaycana qarşı qərəzli yanaşması haqlı olaraq ciddi etiraza səbəb olub və ona qarşı kəskin reaksiya bildirilib. Millət vəkili Eldəniz Səlimov deyib ki, Avropa Şurası baş katib Turbeyrn Yaqlandın timsalında yenidən Azərbaycana qarşı açıq-aşkar təzyiqlər etməklə, əslində nə qədər qərəlir və böhtançı qurum olduğunu bir daha ortaya qoyub. Onun sözlərinə görə, ölkəmizə qarşı edilən təzyiqlər və sərgilənən qərəzli münasibət Azərbaycanda həyata keçirilən müstəqil siyasət və inkişafa qarşı yönəlib. Eyni zamanda, Prezident İlham Əliyevin bu istiqamətdə tutduğu qətiyyətli mövqe ilə bağlıdır: "Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin milli və dövlət maraqlarına uyğun siyasət aparır və ölkəmizə qarşı hansısa xarici müdaxilələrin ayaq açmasına yol vermir. Ona görə də ölkə başçısının xalqının milli maraqlarına söykənən müstəqil, ədalətli daxili və xarici siyasəti Yaqlandın və bəzi avroparlamentarilərin qıcıqlanmalarına səbəb olur". Eldəniz Səlimov bildirib ki, Azərbaycanın bu qurumda 16 illik fəaliyyətinə, demokratiya və insan haqları ilə bağlı bütün təşəbbüslərdə, verilən qərarlarda fəal iştirakına baxmayaraq ölkəmiz hər zaman qərəzli münasibətlə qarşılaşıb: "Belə ki, böhtan və qərəzçiliklə yanaşı, təhdid kimi vasitələrlə ölkəmizə qarşı çıxış edən və erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən bir sıra AŞ nümayəndələri nədənsə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini heç vaxt dəstəkləməyiblər. Əksinə, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasət müəyyən dövlətlər, dairələr tərəfindən qəbul olunmur. Üstəlik, Azərbaycan prezidentini bu mövqeyindən döndərmək üçün müəyyən xoşagəlməz hallar tapmağa çalışır və bunları siyasiləşdirməklə Azərbaycana təzyiq etmək istəyirlər". Millət vəkilinin sözlrinə görə, sözügedən təzyiqlərin arxasında ölkəmizin artan iqtisadi, siyasi və hərbi gücü, müstəqilliyi faktorları dayanır: "Onlar isə bu reallığı həzm edə bilmirlər. Azərbaycanın müstəqil siyasəti, Azərbaycan prezidentinin milli, dövlət maraqlarına söykənən daxili və xarici siyasəti, Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrəti bizi sevməyən qüvvələri narahat edir və Azərbaycana qarşı təzyiq forması kimi müxtəlif bəhanələr tapmağa, ölkəmizə qarşı qərarlar qəbul etməyə çalışırlar. Lakin əminliklə deyə bilərik ki, Yaqland və onun kimiləri heç vaxt çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Çünki onların bu kimi qərəzli yanaşması heç bir məntiqə sığmır". Eldəniz Səlimov hesab edir ki, Azərbaycan belə davam edəcəyi təqdirdə, AŞ PA sıralarında qalıb-qalmaması barədə düşünə bilər:" O zaman isə Yaqland, ermənipərəst deputatlar və ona dəstək verən digərləri çıxılmaz və rüsvayçı durumda qalmalı olacaqlar".
Millət vəkili Azər Badamov isə qeyd edib ki, Avropa Məhkəməsində icra olunmamış 10 minlərlə qətnamə və qərarlar mövcuddur. Ancaq Avropa Şurası buna heç bir şey olmamış kimi yanaşır və qəti münasibət bildirmir: "Lakin Azərbaycana qarşı münasibətdə ayrı yanaşmanı ortaya qoyurlar. Yəni "REAL" Hərəkatının sədri İlqar Məmmədovun tezliklə azadlığa buraxılmasını tələb edirlər və Avropa Məhkəməsinin bu barədə qəbul etdiyi qərarın icra edilmədiyinə görə, Azərbaycanı Avropa Şurasının üzvlüyündən çıxarılacağı ilə hədələyirlər. Düşünürəm ki, belə münasibət, başda Avropa Şurasının baş katibi Turbyern Yaqland olmaqla, Azərbaycanı sevməyən insanların bizə qarşı ikili standartlarla yanaşmasıdır. Azərbaycan ərazicə kiçik olmasına baxmayaraq, dünyada müstəqil şəkildə öz sözünü deyir, haqq-ədaləti tələb edir və özünə hörmətlə yanaşılmasını istəyir". Millət vəkili deyib ki, Azərbaycan Avropa Şurasından ərazi bütövlüyümüzün dəstəklənməsi ilə əlaqədar qəbul etmiş, qərarların icrasını tələb edir: "ATƏT-in Minsk Qrupundan ədalətli mövqe tutmağını və Ermənistana təzyiq göstərilməsini tələb edir. Onlar görürlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günü -gündən güclənir, hərbi gücümüz artır və bəyan edirik ki, əgər beynəlxalq təşkilatlar bu işdə susmaqda davam edərlərsə, biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad edəcəyik. Avropa Şurası da bizim ədalətli tələbimizi xoşlamır. Avropa Şurasında bizi sevməyən qüvvələr bizim müstəqil, cəsarətli siyasətimizi bəyənmirlər və bilirlər ki, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ona görə də çalışırlar ki, ölkəinmizdəki siyasi sabitliyi, hansı yollarla olursa-olsun, pozsunlar. Onlar bilməlidirlər ki, Azərbaycanda xalqla iqtidar birliyi var və heç bir xarici qüvvə buna xələl gətirə bilməz. Əgər Avropa Şurasından çıxmağımızı tələb etsələr, biz buna getməliyik. Çünki biz ölkəmizin müstəqilliyini kimlərinsə istəyinə qurban verməməliyik. Düşünürəm ki, Azərbaycanın Avropa Şurasının üzvlüyündən çıxarılması baş verməyəcəkdir. Avropa üçün Azərbaycan vacib tərəfdaşdır. Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəyir. Belə hərəkətləri isə, sadəcə, Avropa Şurasının Azərbaycana təzyiqinin ifadəsi kimi başa düşürəm".
Məhəmməd