QHT-lər Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərinə etiraz edir- BƏYANAT
22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
2 Oktyabr 2017 13:55 Siyasət22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Olaylar.az xəbər verir ki, bir qrup qeyri-hökumət təşkilatı Türkiyə vətəndaşlarının qondarma DQR-ə səfərini pisləyən bəyanat qəbl edib. Bəyanatda deyilir:
"Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Bu səfər həm Azərbaycan, həm də Türkiyə xarici siyasət idarələri tərəfindən pislənilib.
Biz də qeyri-hökumət təşkilatları olaraq onların qanunsuz hərəkətlərini qətiyyətlə pisləyirik. Bu şəxslərin keçmişinə baxdıqda onların erməni sevgisinin yeni olmadığı, daim fəaliyyətlərində anti-türk, anti-Azərbaycan addımların üstünlük təşkil etdiyini görmək mümkündür. Lakin sonuncu addımları ilə onlar Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə qarşı sayğısızlıq göstərmiş, rəsmi Bakının razılığı olmadan sərhədləri keçmişlər. Hesab edirik ki, rəsmi qurumlarımızın həmin şəxslər haqqında cinayət işinin başlanması ilə bağlı qərarı doğrudur və bunu dəstəkləyirik. Biz bundan sonra da bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi qurumların verəcəyi qərarlara ictimai dəstəyimizi, ictimai sektor olaraq etirazlarımızı davam etdirəcək, gedişatla bağlı cəmiyyəti məlumatlandıracağıq".
Bəyanatı "Hilal" İctimai Birliyi,
"Müasir İnkişaf" İctimai Birliyi,
"Türk Dünyası İnfo" İctimai Birliyi,
"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyi,
"Gənclərin Töhfəsi" İctimai Birliyi,
"İqtisadiyyat və Hüquq" İctimai Birliyi,
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu,
"Gənclərə qayğı" İctimai Birliyi imzalayıblar.