Avropada separatizm alovlanacaq

İspaniyanın Kataloniya muxtariyyətində referendumun keçirilməsi, Qərbin Yaxın Şərq və digər regionlarda bu kimi siyasi separatizmə ikili standartlardan yanaşmasının nəticəsidir.

İspaniyanın Kataloniya muxtariyyətində referendumun keçirilməsi, Qərbin Yaxın Şərq və digər regionlarda bu kimi siyasi separatizmə ikili standartlardan yanaşmasının nəticəsidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Şimali İraqda Kürd muxatriyyətinin referendum avantürasına yalnız sözdə etiraz bildirən Qərb ölkələri, İspaniyada Kataloniyanın müstəqilliyinə qarşı çıxması ikili standartdı: "Avropa İttifaqı və ABŞ Kataloniyanın müstəqiliyinin qarşısını almasa, Avropanın ərazisində separatizm alovlanacaq. Bundan istifadə edən Rusiya Avropanın zəifləməsi üçün milli muxtariyyətlərin müstəqillik siyasətlərinə dəstək verəcək. Bununlada separatizm Avropanın yeni probleminə çevrilə bilər". Politoloq deyib ki, İspaniyada Kataloniya və Baskların müstəqillik cəhdləri, Avropa İttifaqında siyasi vəziyyətə ciddi mənfi təsir edəcək: "Qeyd edim ki, Avropa və ABŞ mütləq şəkildə dövlərtlərin ərazi bütövlüyünü təhdid edən belə bir separat referendumlara qarşı kəskin mövqe tutmalıdır.

Cənubi Qafqazda hazırda separatizm və müstəqillik referendumları burada Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təhdid edir. ABŞ Gürcüstanda Cənubi Osetiya və Abxaziya separatçılarına qarşı sanksiyalar tətbiq edib. ABŞ Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazində yaratdığı qondarma separat rejimə humanitar yardım adı ilə maliyyə ayırır".
ABŞ-ın bu siyasəti separatizmin inkişafına səbəb olan amillərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31