Yeddinci turda ən çox azarkeş cəlb edən matç
Topaz Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub. Turda ən çox azarkeş "İnter Arena"da qeydə alınıb. Burda baş tutmuş "İnter" - "Neftçi" matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı "Kəpəz"in "Qəbələ" üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.
2 Oktyabr 2017 11:57 İdmanTopaz Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub. Turda ən çox azarkeş "İnter Arena"da qeydə alınıb. Burda baş tutmuş "İnter" - "Neftçi" matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı "Kəpəz"in "Qəbələ" üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.
Digər oyunlardan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş turun mərkəzi oyunu olan "Qarabağ" - "Zirə" qarşılaşmasını (0:0) 2500, "Dalğa Arena"da keçirilmiş "Səbail" - "Sumqayıt" matçını (0:2) isə 400 tamaşaçı izləyib. Ümumilikdə, turun 4 oyununu 6575 azarkeş izləyib. Goal.az