Kamerunda Anqlofon müstəqilliyini elan etdi — Toqquşmalarda 7 ölü
Kamerunun Anqlofon bölgəsi simvolik olaraq müstəqilliyini elan edib. İngilis dilində danışan bölgədə bu hadisədən sonra polisin sərt müdaxiləsi olub. Nəticədə ən azı 7 nəfər həlak olub. Çox sayıda yaralı xəstəxanalara yerləşdirilib. Qruplar əvvəlcədən Kamerunun fransız və ingilis dilində danışılan bölgələrinin birləşməsinin ildönümü olan 1 oktyabr tarixində "Ambazoniya" adlı dövlətlərini quraraq müstəqillik elan edəcəklərini bildirmişdilər. Simvolik müstəqillik elanı isə Ambazoniya prezidenti Sisiku Ayuk tərəfindən bazar günü sosial şəbəkələr vasitəsilə elan edilib.
2 Oktyabr 2017 12:21 DünyaKamerunun Anqlofon bölgəsi simvolik olaraq müstəqilliyini elan edib. İngilis dilində danışan bölgədə bu hadisədən sonra polisin sərt müdaxiləsi olub. Nəticədə ən azı 7 nəfər həlak olub. Çox sayıda yaralı xəstəxanalara yerləşdirilib. Qruplar əvvəlcədən Kamerunun fransız və ingilis dilində danışılan bölgələrinin birləşməsinin ildönümü olan 1 oktyabr tarixində "Ambazoniya" adlı dövlətlərini quraraq müstəqillik elan edəcəklərini bildirmişdilər. Simvolik müstəqillik elanı isə Ambazoniya prezidenti Sisiku Ayuk tərəfindən bazar günü sosial şəbəkələr vasitəsilə elan edilib.
Ayuk deyib: "Artıq Kamerunun köləsi olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərindəki muxtariyyatı gücləndiririk".
Hökumət qüvvələri 1 oktyabrda müstəqillik elan ediləcəyi açıqlamasından sonra Kamerunun cənubi-qərbindəki Buea və şimali-qərbindəki Bamenda şəhərləri olmaqla ingilis dilində danışan bölgələrə ordu cəlb etmişdi.