Azərbaycan gimnastı Dünya Kubokuna sahibləndi
29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda tamblinq üzrə yığma komandamızın üzvü Mixail Malkin qələbəyə imza atıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsində özünə əmin çıxışları ilə diqqətləri cəlb edən gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə də öz proqramını qüsursuz icra edən Malkin bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.
2 Oktyabr 2017 12:19 İdman29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda tamblinq üzrə yığma komandamızın üzvü Mixail Malkin qələbəyə imza atıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsində özünə əmin çıxışları ilə diqqətləri cəlb edən gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə də öz proqramını qüsursuz icra edən Malkin bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.
Xatırladaq ki, tamblinqçimiz bu ilin fevral ayında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanmışdı. Qarşıda isə gimnastımızı oktyabrın ilk həftəsində İspaniyada (Valladolid) keçiriləcək beynəlxalq turnir və Sofiyada baş tutacaq Dünya Çempionatı (9-11 noyabr) gözləyir.