Baş pediatr: “Uşaqlar arasında qrip virusunun epidemiyası müşahidə olunmur”

"Bu il payız mövsümündə havaların soyuması tədricən yox, anidən baş verib. Təbii ki, belə havada uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur. Lakin bu məsələyə hər valideynin fərqli yanaşması olur. Təəssüf ki, bütün valideynlər prosesləri düzgün şəkildə qiymətləndirə bilmir, bəzən etinasızlıq edir, bəziləri də bunu unudur. Nəticədə də zərər çəkən uşaqlar olur".

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, payızda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümü xəstəliklərin artmasına zəmin yaradır. O qeyd edib ki, belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir: "Ona görə də həm müəllimlər, həm də valideynlər uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdır. Bu gün ölkədə qrip virusunun epidemiyası halları müşahidə olunmur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları fəslə uyğun olaraq qidalandırmaq, geyindirmək vacibdir. Uşaqlarda xəstələnməyə meyllilik gördükdə onu məktəbə, kollektivə göndərmək əvəzinə tibb mütəxəssisinin yanına aparmaq lazımdır". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31