Moskvada nəqliyyatda terrorun qarşısı alınıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Məlumata görə, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.
2 Oktyabr 2017 12:16 DünyaRusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Məlumata görə, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.
Federal Təhlükəsizlik Xidməti qeyd edib ki, bu qruplaşma Moskvada və onun ətrafında ictimai nəqliyyatda terror aktları törətməyi planlaşdırırmış. Həyata keçirilən əməliyyatlar nəticəsində qruplaşmanın bütün üzvləri saxlanılıb. Bundan başqa, əməliyyat çərçivəsində silahlar və partlayıcı maddələr ələ keçirilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31