Meksikada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Sentyabrın 19-da Meksikada baş verən zəlzələdən sonra dağıntılar altında aparılan axtarışlar davam edir. Axtarışlar nəticəsində ölənlərin sayı 345-dən 361-ə çatıb. Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.

Xatırladaq ki, paytaxt Mexikoda 7.1 bal gücündə baş verən zəlzələ nəticəsində 39 yaşayış evi dağılıb, yüzlərlə ev qəzalı vəziyyətə düşüb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31