Azərbaycanlı məşhur şairlər Ədəbiyyat Festivalında

Oktyabrın 3 – 7 tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək. Olaylar bildirir ki, festivalın ilk günü Grand Perada  Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq.  Festivalda 42 ölkədən təxminən 300 qonaq şairlər iştirak edəcək. İspaniya, Almaniya, Belçika, İtaliya, Rumıniya, Macarıstan, İraq, Hindistandan iştirakçıları olan festivalda ölkəmizi məşhur şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edəcək.

Oktyabrın 3 - 7 tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək. Olaylar bildirir ki, festivalın ilk günü Grand Perada  Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq.  Festivalda 42 ölkədən təxminən 300 qonaq şairlər iştirak edəcək. İspaniya, Almaniya, Belçika, İtaliya, Rumıniya, Macarıstan, İraq, Hindistandan iştirakçıları olan festivalda ölkəmizi məşhur şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edəcək.

Festival çərçivəsində Grand Pera, Əhməd Həmdi Tanpınar Kitabxanasın, Goethe İnstitutu Kitabxanası, Mephisto Kafe, İnsan Kitabevi, Fatih Pages Kitabevi, Caddebostan Mədəniyyət Mərkəzi və Pera Muzeyində şeirlər oxunacaq və imza günləri təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31