Almanların köçürülməsindən 200 il ötür
2017-ci ildə Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bununla bağlı keçiriləcək bütün tədbirlər UNESCO-nun yubiley proqramına daxildir. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini təmin edir. Olaylar bildirir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin və həmin muzeyin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihənin “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminarı keçirilib.
2 Oktyabr 2017 10:52 Mədəniyyət2017-ci ildə Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bununla bağlı keçiriləcək bütün tədbirlər UNESCO-nun yubiley proqramına daxildir. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğını, respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasını, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətini təmin edir.
Olaylar bildirir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Maestro Niyazinin mənzil muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və həmin muzeyin birgə təşkilatçılığı ilə "Mədəniyyət naminə elm" adlı layihənin "Azərbaycanda alman mədəniyyəti irsinin izləri" mövzusunda növbəti elmi seminarı keçirilib.
Seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Rza Bayramlı, elmi-kütləvi şöbəsinin müdiri Xanım Abdinova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi tarix elmlər doktoru İkram Ağasiyev iştirak ediblər.
Mərkəzin direktoru A.Usubəliyev muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirməkdən ibarətdir.