Ələtdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.   “Tofaş” markalı, 10 CD 326 dövlət nömrə nişanlı avtomobilin yolayrıcında olan metal konstruksiyaya çırpılması nəticəsində iki nəfər - Bakı sakini, 1988-ci il təvəllüdlü Qarayev Anar Soltan oğlu və Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü  Məmmədov Teymur Telman oğlu ağır xəsarətlər alıb. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.   "Tofaş" markalı, 10 CD 326 dövlət nömrə nişanlı avtomobilin yolayrıcında olan metal konstruksiyaya çırpılması nəticəsində iki nəfər - Bakı sakini, 1988-ci il təvəllüdlü Qarayev Anar Soltan oğlu və Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü  Məmmədov Teymur Telman oğlu ağır xəsarətlər alıb. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31