Xorvatiya azarkeşlərindən BİABIRÇILIQ
UEFA Avropa Liqası çərçivəsində təşkil edilən “Milan”-“Rijeka” matçı öncəsi xorvatiyalı azarkeşlər Milan şəhərində biabırçılıq törədib. Qonaq azarkeşlər “Duomo” meydanına yığışaraq nümayişlər keçirib. Meydanda məşəllər yandıran xorvat azarkeşləri şəhəri dumana bürüyüb. Bununla da ürəkləri soyumayıb, vandallıq etməyə başlayıblar. Meydanda yerləşən II Emmanuel Vittorio heykəlinin üzərinə çıxan bir azarkeş şalvarını soyunaraq yoldan keçənlərə arxasını göstərib. Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, azarkeşlər metro stansiyasını da tüstü içində qoyub. Zərər görən “Qaribaldi” stansiyası istifadəyə bağlanıb.
29 Sentyabr 2017 18:43 İdmanUEFA Avropa Liqası çərçivəsində təşkil edilən "Milan"-"Rijeka" matçı öncəsi xorvatiyalı azarkeşlər Milan şəhərində biabırçılıq törədib. Qonaq azarkeşlər "Duomo" meydanına yığışaraq nümayişlər keçirib. Meydanda məşəllər yandıran xorvat azarkeşləri şəhəri dumana bürüyüb. Bununla da ürəkləri soyumayıb, vandallıq etməyə başlayıblar. Meydanda yerləşən II Emmanuel Vittorio heykəlinin üzərinə çıxan bir azarkeş şalvarını soyunaraq yoldan keçənlərə arxasını göstərib. Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, azarkeşlər metro stansiyasını da tüstü içində qoyub. Zərər görən "Qaribaldi" stansiyası istifadəyə bağlanıb.
Oyunun keçiriləcəyi məkana böyük səs-küy və izdihamla daxil olan xorvat tərəfdarlar matç sonunda məyus halda şəhəri tərk ediblər. Çünki "Milan" 3:2 hesabı ilə "Rijeka" komandasına qalib gəlib. Publika.az