Əbülfəs Qarayev Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri cənab Kestutis Yankauskası qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki,  görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri cənab Kestutis Yankauskası qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki,  görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir bildirib ki, Aİ ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb. Layihənin nəticəsi olaraq Nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş vermiş, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılmışdır. Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparıldı və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31