Estakadayanı meydança əsaslı təmir edilib
SOCAR istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
29 Sentyabr 2017 18:06 İqtisadiyyatSOCAR istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə. bu günlərdə "Neftqaztikinti" Tresti "Azneft" İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 682 saylı estakadayanı meydançada əsaslı təmir işləri həyata keçirib. Aparılan işlər zamanı meydançanın 7965 kvadrat metr sahəsində korroziyaya qarşı mühafizə tədbirləri görülüb, eyni zamanda 16 şaquli və 6 maili svay, 28 ədəd anker vurulmuş, 6 ədəd metal lövhə və 4,8 tonluq məhəccər çəpəri quraşdırılıb, həmçinin əlavə işıqlandırma işləri həyata keçirilib.
İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və obyekt istismara qəbul edilib..