Mədəniyyət və turizm naziri 3 ölkənin nümayəndələrini qəbul edib
Əbülfəs Qarayev Macarıstanın və Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüş keçirib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, hər üç görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.
29 Sentyabr 2017 18:15 SosialƏbülfəs Qarayev Macarıstanın və Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüş keçirib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, hər üç görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.
Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Sederkenyi ilə keçirilmiş görüşdə son illərdə Azərbaycan və Macarıstan arasında xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq, həmçinin cari ilin 16-17 mart tarixində Azərbaycanda keçirilən Macarıstan Mədəniyyət Günləri barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın səviyyəsindən razılıq ifadə olundu. İki ölkə arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən nazir Əbülfəs Qarayev bu sahədə böyük potensialın mövcud olduğunu bildirdi.
Tacikistan səfiri Rustam Soliyevlə keçirilmiş görüşdə iki ölkə arasında qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi. Səfir iki ölkə arasında turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinə şərait yaradılmasını xahiş etdi. Nazir Əbülfəs Qarayev bu istiqamətdə Tacikistan tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirdi.
İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə keçirilən görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıldı.