Bu ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb
2017-ci ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə. 01 sentyabr 2017-ci il tarixə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi abonentlərin 1 milyon 48 min 207-i sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 75 faizə çatıb.
29 Sentyabr 2017 18:03 Sosial2017-ci ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə. 01 sentyabr 2017-ci il tarixə "Azərsu" ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi abonentlərin 1 milyon 48 min 207-i sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 75 faizə çatıb. Hazırda bu göstərici əhali qrupu üzrə 74,7 faiz, qeyri-əhali qrupu üzrə 84,9 faiz təşkil edir. 2017-ci ilin sentyabr ayının 1-nə olan məlumata görə "Azərsu" ASC 1 milyon 405 min 655 abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərir. Abonentlərin 1347401-i ya 95,8 faizi əhali, 58254-ü və ya 4,2 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.