Qadının çantasını aparan şəxs tutulub
Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 28 senytabrda metronun “Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.
29 Sentyabr 2017 17:26 KriminalVətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 28 senytabrda metronun "Əhmədli" stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib. Dərhal manqa komandiri polis baş serjantı Babək Sadıqov və xidmətdə olan digər patrul nəfərləri tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs polisin çevikliyi sayəsində qısa zamanda zərərsizləşdirilib. Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.