Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetlərinə dair müzakirələr aparılıb

Ölkəmizlə Dünya Bankının  əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı,  sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək. Bunu Azərbaycan Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bildirib.

İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyanın üzvü, Ticarət və Rəqabətlilik Qlobal Praktikasının aparıcı iqtisadçısı Volfanq Fengler, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının iqtisadçısı Nadir Ramazanov, İqtisadi Artım, Maliyyə və İnstitutlar üzrə proqram rəhbəri Jenevyev Boyro, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının ölkə üzrə iqtisadçısı Yelena Bondarenko Azərbaycanda qeyri-neft sektorunun inkişafı istqiamətində aparılan islahatların ölkədə ümumi iqtisadi dayanıqlığı stimullaşdırdığını vurğulayıblar. Onlar İqtisadi Artımın Bərpası Proqramının əsas məqsədinin də bu istiqamətdə islahatlara, habelə əmək bazarının inkişafı tədbirlərinə dəstək verməyə yönəldiyini bildiriblər.

Görüşdə qeyd olunan Proqramın prioritetləri, əmək bazarının tənzimlənməsində yeni yanaşmalar,  işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması, əmək resurslarının peşə və ixtisaslar üzrə bacarıqlarının daim inkişaf edən iqtisadiyyatın tələblərinə və müasir çağırışlara uyğun olaraq artırılması məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31