Türkiyədən Qarabağa səfər edənlər cəzalanmalıdır

“Türkiyənin bəzi jurnalist və siyasətçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qəbuledilməz bir faktdır. Türkiyədə erməni lobbisi var, həmin lobbi boş oturmayıb. Zamanla çalışırlar ki, Türkiyə-Azərbaycan qardaşlığına qarşı kölgə salsınlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"Türkiyənin bəzi jurnalist və siyasətçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qəbuledilməz bir faktdır. Türkiyədə erməni lobbisi var, həmin lobbi boş oturmayıb. Zamanla çalışırlar ki, Türkiyə-Azərbaycan qardaşlığına qarşı kölgə salsınlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, təəssüf hissi ilə bildirib ki, Qarabağa səfər edən Türk siyasilər, erməni lobbisinin təsiri altında bunu reallaşdırıblar: "Göründüyü kimi, düşmən ölkə hətta, öz müttəfiqimiz olan bir ölkədə bizə qarşı iş aparır. Qarabağa səfər edənlər cəzalanmalı və gələcəkdə Türkiyədə belə bir analoji halın qarşısı alınmalıdır. Belə məsələrlə Xarici İşlər nazirliyi məşğul olmalı və bu tip səfərlər önlənməlidir. Xarici İşlər Nazirliyinin işi bəyanat vermək deyil. Bu istiqamətdə ciddi işlər görməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31