Ukraynada hərbi təyyarə qəzası - Ölənlər var
Ukraynanın Xmeltniski şəhəri ətrafında hərbi təyyarə qəzaya uğrayıb. Qəza xəbərini Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının rəisi Roman Yurçilo təsdiqləyib.
29 Sentyabr 2017 17:27 DünyaUkraynanın Xmeltniski şəhəri ətrafında hərbi təyyarə qəzaya uğrayıb. Qəza xəbərini Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının rəisi Roman Yurçilo təsdiqləyib.
Məlumata görə, qəza nəticəsində iki pilot həlak olub. Hərbi Hava Qüvvələri komandanlığı rəisinin verdiyi xəbərə görə, L-39 təyyarəsi təlim keçərkən qəzaya uğrayıb. Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31