İctimai reydlər və maarifləndirmə tədbirləri keçirilib
«Ailə və Ətraf Mühit» İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumların əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub. Layihə çərçivəsində işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar.
29 Sentyabr 2017 15:44 Sosial"Ailə və Ətraf Mühit" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" adlı layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumların əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub. Layihə çərçivəsində işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materialları paylanılıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olunub. Tədbirdə iştirak edən "BakuBus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda yollarda yaranan tıxacların və baş verən qəzaların səbəbləri sırasında insan amili texniki və digər qeyri-subyektiv amillərdən daha öndə dayanır. Burada yol hərəkəti iştirakçılarının və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, M.Piriyev deyib ki, bu istiqamətdə dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi və daşıyıcı şirkət kimi "BakuBus" tərəfindən geniş maarifləndirmə işləri həyata keçirilir.