Rus yazıçılarının 300 kitabı hədiyyə olunub – Mərkəzi Elmi Kitabxanaya
A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin nümayəndələri AMEA Mərkəzi Elmi Kitabxanasına rus yazıçılarının 300 kitabını hədiyyə ediblər. Olaylar bildirir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycana diqqət yetirdiyi və belə bir hədiyyə ilə məhz bura gəldiyi üçün Rus Mühacirliyi Evinin kitabxanasına öz təşəkkürümü bildirib. Səfir qeyd edib ki, Azərbaycan bu diqqətə layiqdir. A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin aparıcı elmi əməkdaşı Viktor Leonidov Azərbaycanda rus ədəbiyyatına sayğı ilə yanaşıldığına diqqət çəkib.
29 Sentyabr 2017 16:31 MədəniyyətA.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin nümayəndələri AMEA Mərkəzi Elmi Kitabxanasına rus yazıçılarının 300 kitabını hədiyyə ediblər. Olaylar bildirir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycana diqqət yetirdiyi və belə bir hədiyyə ilə məhz bura gəldiyi üçün Rus Mühacirliyi Evinin kitabxanasına öz təşəkkürümü bildirib. Səfir qeyd edib ki, Azərbaycan bu diqqətə layiqdir.
A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evinin aparıcı elmi əməkdaşı Viktor Leonidov Azərbaycanda rus ədəbiyyatına sayğı ilə yanaşıldığına diqqət çəkib.
Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hədiyyə olunan kitabları Mərkəzi Elmi Kitabxana üçün əhəmiyyətli hadisə adlandırıb. O, bu addımın iki dost ölkə arasında möhkəm bağların yaranmasına, ölkələrimizin daha da yaxınlaşmasına, elmi və mədəni əlaqələrin inkişafına xidmət edəcəyini bildirib.
Azərbaycanın Xalq Yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin sözlərinə görə, kitabların hədiyyə olunması onları hədiyyə edən ölkənin mədəniyyətini və ədəbiyyatını vurğulayan nümunəvi aktdır.
Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr ata isə çıxışında diqqətə çatdırıb ki, Rus Mühacirliyi Evinin bugünkü hədiyyəsi gənclərin dünyagörüşünün genişlənməsi nöqteyi-nəzərindən Azərbaycan üçün çox əhəmiyyətli hadisədir.