Media azad və demokratik mühitdə fəaliyyət göstərir

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atılmağa başlandı. Müstəqilliyin ilk illərində ölkədə azad media, mətbuatı inkişaf etdirmək o qədər də asan məsələ deyildi.

Bu səbəbdən ölkədə fikir və söz azadlığının təminatı sahəsində heç bir problem yoxdur

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atılmağa başlandı. Müstəqilliyin ilk illərində ölkədə azad media, mətbuatı inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Çünki hələ də beyinlərdə keçmiş Sovet təfəkkürü vardı və cəmiyyət azad söz, media, fikir və məlumat azadlığına öyrəncəli deyildi. Eyni zamanda o zamankı hakimiyyətlər də bu prosesə bir o qədər maraq göstərmir, insanların fikir, söz və məlumat azadlığını maksimum dərəcədə məhdudlaşdırmağa çalışırdılar. Hətta bəzi hallarda azad sözə qarşı ciddi təqiblər, təzyiqlər olur, qəzet səhifələrində gedən hansısa materiala, yazıya görə media nümayəndəsi, jurnalist döyülür, fiziki təzyiqə məruz qalırdı. Ancaq bu mənfi tendensiya o qədər də davam etmədi və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələəbi ilə  hakimiyyətə qayıdışından sonra medianın inkişafı istiqamətində nəzərəçarpacaq dərəcədə müsbət addımlar müşahidə edilməyə başladı. Günümzdə də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət uğurla davam edir və dövlətin, onun prezidentinin mətbuata, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı nəticəsində media öz uğurlu inkişaf yolunu keçir. Elə ictimai siyasi fəal Fəzail Quliyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Fəzail Quliyev hazırda Azərbaycan mətbuatının mövcud durumu, inkişaf perspektivləri, ölkədə fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışıb.

-Fəzail bəy, hazırda Azərbaycan mediasının durumunu necə qiymətləndirərdiniz və bu sahədə əldə edilən nailiyyətlər, uğurlara görə mətbuat nümayəndələri kimə borcludur?

-Günümüzdə hər bir  sahədə olduğu kimi,  mətbuat sahəsində də ölkəmizdə inkişaf, tərəqqi, nailiyyət  hiss olunur. Azad söz, fikir, məlumat azadlığı,  fikir plüralizmi təmin edilir.  Buna nail olunmaq üçünsə azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin normal, inkişafa meyilli fəaliyyəti üçün kifayət qədər şərait, imkanlar yaradılır. Bu gün medianın vəziyyətinə, onun fəaliyyət istiqamətlərinə, eləcə də digər ölkələrlə, qonşu respublikalarla müqayisəli təhlilinə diqqət yetirsək tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir. Düşünürəm ki, kiminsə bu gün media sahəsində ölkədə hansısa problemin olduğunu iddia etmək ən azı haqsızlıq, ədalətsizlik olardı. Çünki hər şey göz qabağındadır, cəmiyyət, insanlarımız bunun əyani şahididir. Əgər müstəqilliyin ilk illərində yalnız paytaxtda media, mətbu orqanlar fəaliyyət göstərirdisə, indi artıq paytaxtla yanaşı bölgələrdə yüzlərlə media orqanı qəzet və jurnallar işıq üzü görür və bu prinsip tamamilə qorunub saxlanılır, ona hörmət edilir. Bu gün paytaxtla yanaşı, regionlarda da fəaliyyət göstərən  çoxsaylı televiziya kanalları, qəzet və jurnallar cəmiyyəti informasiya ilə təmin edirlər. Təbii ki, bu da dövlətin, onun müvafiq qurumlarının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

-Belə çıxır ki, zamanında media ilə iş sağlam təməlır üzərində qurulub?

-Tamamilə doğrudur. Bu gün, daha doğrusu müstəqillik illərindən sonra uğurla inkişaf edən Azərbaycan mediasının bünövrəsini məhz ümummilli lider Heydər Əliyev qoyub desək yanılmarıq. Heç kəsə sirr deyil ki, mətbuata diqqət və qayğının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra yenidən xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atmış olduğu ən mühüm addımlardan biri 1998-ci ildə sovet zamanından qalan senzuranın ləğv edilməsi oldu. Çox keçmədən ümummilli lider Heydər Əliyev medianın. kütləvi informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində daha bir mühüm addım atdı. Belə ki, ümummilli lider qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet çapı üçün nəzərdə tutulan kağızın ölkəyə gətirilməsinə tətbiq edilən vergilər azaldıldı. Tədricən ölkədəki kütləvi informasiya vasitələrinin durumu müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda dövlətin mediaya göstərdiyi diqqət və qayğıdan ruhlanan bir sıra media nümayəndələri müstəqil mətbu orqanlar təsis etməyə başladılar. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda müstəqil media qurumlarının yaranması prosesinə təkan verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və məlumat azadlığının təmin olunması məhz ümummilli lider Heydər Əliyevin  zamanında atmış olduğu həmin addımların nəticəsidir. Ümummili lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra özünü büruzə verməyə başladı. Heydər Əliyev Bakıya qayıtdığı ilk gündən media nümayəndələri ilə yaxından əməkdaşlıq etməyə, onlarla yaxından ünsiyyətdə olmağa üstünlük verdi. Artıq müstəqil Azərbaycan mediası yeni bir mərhələyə, inkişaf mərhələsinə qədəm qoyurdu. Ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı ən mühüm addım keçmiş SSRİ zamanından qalmış senzuranı ləğv etməsi oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə ölkədə senzura ləğv edildi. Heydər Əliyevin məlum qərarından sonra artıq qəzetlər heç bir senzura olmadan çap edilməyə başladı. Bu qərar ümummilli liderin bu qərarı öz-özlüyündə ölkədə müstəqil, azad medianın fomalaşdırılması, azad sözün təmin edildiyinin ilk gösrəricisi idi. Təsadüfi deyil ki, həmin dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli media qurumları Azərbaycan tərəfinin atmış olduğu bu addımı yüksək dəyərləndirərək bunu azad sözün, demokratiyanın təmin olunmasında atılan mühüm addımlardan hesab edirdilər.

-Dövlətin bu sahəyə diqqət və qayğısını necə xarakterizə edərdiniz?

-Tam əminliklə və mübaliğəsiz şəkildə deyə bilərəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mətbuatın ən böyük himayədarı rolunu oynayır.  Dövlət başçısının prezident kimi fəaliyyət göstərdiyi illərdə mətbuat sahəsində atdığı addımlar, qəbul etdiyi sənədlər, imzaladığı çoxsaylı fərman və sərəncamlarım timsalında bunu aydın görmək mümkündür. Məlumat üçün qeyd edim ki,  Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olundu. Həmçinin, Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Məlumdur ki, sözügedən fondun qəzetləri maliyyələşdirməsi nəticəsində media orqanları maddi-texniki bazasını möhkəmlədir. Həmçinin fondun ildə bir neçə dəfə fərdi qaydada və müvafiq dövlət qurumları, eləcə də rayon icra hakimiyyətləri ilə birlikdə yazı müsabiqələri keçirilir ki, həmin yazı müsabiqələri də jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, həmin müsabiqələrdə təkcə paytaxtda işıq üzü görən yox, eyni zamanda regionlarda çap edilən mətbu orqanların nümayəndələri iştirak edir, bundan faydalanırlar. Bütün bunlar dövlətin bu sahəyə göstərdiyi diqqətin əyani sübutudur. Təbii ki, bütün bu müsbət amillər Azərbaycanda söz və məlumat, ifadə azadlığının, plüralizmin təmin olunmasına xidmət edir. Medeiaya yaradılan şərait, ona göstərilən diqqət və qayğı, eyni zamanda mətbuatımızın həmin diqqət və qayğıın cavabı olaraq ortaya qoyduğu fəaliyyət onu deməyə əsas verir ki,  Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı istiqamətində də  artıq regionun lider dövlətinə çevrilib.

-Bu mənada ölkədə fikir, söz və məlumat azadlığının təmin olunduğunu da söyləyə bilərikmi?

-Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bunu biz qətiyyətlə söyləyə bilərik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31