Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdi alınmayacaq
Şimali İraqda “müstəqillik” referendumu təşkil etməklə bölgəni, xüsusilə də Türkiyəni ciddi təhlükə altında qoyan Qərb dairələri, böyük güclər, eləcə də onların əlinə oynayan erməni lobbisi paralel olaraq Ankaranın öz yaxın qonşuları ilə münasibətlərinə də zərbə vurmaq, ikitərəfli əlaqələrdə sərinlik yaratmaq istiqamətindı ciddi cəhdlə çalışırlar. Bu xüsusda Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdi daha çox diqqət çəkir.
29 Sentyabr 2017 15:23 SiyasətGöksəl Gülbəy: "Dağlıq Qarabağa səfər PKK və FETÖ terror təşkilatlarının layihəsidir"
Şimali İraqda "müstəqillik" referendumu təşkil etməklə bölgəni, xüsusilə də Türkiyəni ciddi təhlükə altında qoyan Qərb dairələri, böyük güclər, eləcə də onların əlinə oynayan erməni lobbisi paralel olaraq Ankaranın öz yaxın qonşuları ilə münasibətlərinə də zərbə vurmaq, ikitərəfli əlaqələrdə sərinlik yaratmaq istiqamətindı ciddi cəhdlə çalışırlar. Bu xüsusda Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdi daha çox diqqət çəkir. Bir müddət əvvəl Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirənlər bu planın gerçəkləşmədiyini gördükdə, indi də başqa bir projeyə əl atıblar. Belə ki, bu günlərdə qardaş ölkədən Türkiyə Böyük Millət Məclisinin üzvü, yazar və jurnalistlərdən ibarət bir qrupun işöal altında olan Dağlıq Qarabağa səfərləri təşkil edilib. Məlumat üçün bildirək ki, Ermənistan dövləti və erməni lobbisinin birgə təşkil etdiyi sayca altıncı qurultayda iştirak etmək üçün PKK-nın siyasi qanadı sayılan Xalqların Demokratik Partiyasının (HDP) İstanbul millət vəkili Üfüq Uras, yazıçı Səid Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğluna işğalçı ölkədən dəvət gəlib və erməni lobbisinin alətinə çevrilən həmin şəxslər dəvəti qəbul edərək Ermənistana səfər ediblər. Ən təəsüüf doğuran məqam isə ondan ibarətdir ki, Türkiyədən gedən nümayəndə heyətinin də iştirakı ilə qurultay iştirakçılarının Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpağı Dağlıq Qarabağ bölgəsinə səfərləri təşkil olunub. Bununla Türkiyədən olan nümayəndə heyəti separatçı Dağlıq Qarabağ Muxtar Respublikasını tanıdıqlarını da ufadə etmiş olublar.
Türkiyə Böyük Millət Məclisinin deputatı, eləcə də bir neçə yazar və jurnalistin Ermənistana, oradan isə işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrinə elə Türkiyənin özündən kəskin reaksiya verilib. Belə ki, Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy bildirib ki, adıçəkilən şəxslərin Ermənistana, həmçinin işğal altında olan Dağlıq Qarabağa səfər etmələri, onların erməni sevgisindən irəli gəlir. Göksəl Gülbəy bildirib ki, bunu sübuta yetirən dəlillər də mövcuddur. ASİMDER rəhbərinin sözlərinə görə, millət vəkili Üfüq Uras, yazıçı Səid Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu illərdir Türkiyədə qondarma erməni soyqırımı iddialarına dəstək nümayiş etdirib və hətta bu barədə kitab da yazıblar. Göksəl Gülbəy deyib ki, məhz onların ermənilərə göstərdikləri bu xidmətin qarşılığı olaraq adıçəkilən şəxslər Ermənistana dəvət edilib".
Dərnək rəhbəri Ermənistana, oradan isə işğal altında olan Dağlıq Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti ilə bağlı digər bir maraqlı məqamı da açıqlayıb. ASİMDER rəhbəri bildirib ki, Türkiyədən gedən nümayəndə heyətinin işğal altında olan Azərbaycan torpağını, Dağlıq Qarabağı ziyarət etmək Pkk və FETÖ-nün layihəsidir: "PKK və FETÖ terror təşkilatları Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olmasından sonra Ankaranın qonşuları ilə münasibətlərinə zərbə vurmaq layihəsi üzərində işləyir. Əgər sözügedən səfərin Bakı-Tbilisi-=Qars dəmir yolu layihəsinin reallaşmaq və dəmiryolu xəttinin istifadəyə verilməsi mərələsinə təsadüf etdiyini nəzərə aldıqda, qeyd etdiyim məqam açıq şəkildə özünü göstərir. Dağlıq Qarabağa səfərlərin qardaş Azərbaycan xalqının heysiyyatına toxunacağını bildikləri üçün PKK və FETÖ terror təşkilatları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ərəfəsində planlı şəkildə belə bir layihəyə imza atıblar. Hesab edirlər ki, bununla Ankara ilə Bakı arasında münasibətlərdə sərinlik yaradacaq və bununla da sözügedən dəmir yolu xəttinin istifadəyə verilməsinə maneçilik törədəcəklər". Göksəl Gülbey əmin olduğunu bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, hər iki ölkə, eləcə də ümumilikdə bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək layihəyə əngəl olmaq üçün göstərilən cəhdlərin heç biri alınmayacaq: "Çünki bu qüvvələrin niyyətləri hər kəsə bəllidir".
S.İsmayılbəyli