Kürdlərin özünü müstəqil elan etməsi seperatizmi gücləndirə bilər

İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsi təkcə region dövlətlərinin deyil, eləcə də dünyanın aparıcı dövlətlərinin siyasi gəzişmələrinə səbəb olub. Hazırda söz sahibi olan dəvlətlər regionda maraqlarının təmin olunması istiqamətində leqal və qeyri-leqal fəaliyyətlərini davam etdirilr. Maraqlıdır, baş verən proseslərin qonşu dövlətlərə təsiri nədən ibarət ola bilər? 

Bu Türkiyə, İran və Suriya üçün həyəcan siqnalıdır

İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsi təkcə region dövlətlərinin deyil, eləcə də dünyanın aparıcı dövlətlərinin siyasi gəzişmələrinə səbəb olub. Hazırda söz sahibi olan dəvlətlər regionda maraqlarının təmin olunması istiqamətində leqal və qeyri-leqal fəaliyyətlərini davam etdirilr. Maraqlıdır, baş verən proseslərin qonşu dövlətlərə təsiri nədən ibarət ola bilər?  "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bildirib ki, Kürdüstanın müstəqil dövlət qurmaq cəhdlərinin uzun tarixi var. Lakin ilk dəfə olaraq İraqda belə mütəşəkkil qaydada referendum keçirilməsi və müstəqil Kürdüstan dövlətinin birtərəfli qaydada elan olunması "Ərəb baharı"nın bəhrəsidir. Çünki məhz silsilə "Ərəb baharı"ndan sonra mərkəzləşmiş İraq və Suriyada hakimiyyətin zəifləməsi nəticəsində Kürdüstan dövlətini elan etdilər. "Ərəb baharı" inqilabının əsas məqsədlərindən biri də məhz ərəb dövlətlərini parçalamaq, onları zəiflətməkdən ibarətdir.  Ekspertin sözlərinə görə, referendumda bülletendə seçicilərin İraq və digər torpaqlarda Kürdüstanın yaradılmasının tərəfdarı olub-olmadığına dair sual yer alıb. Deməli, Ərbil iqtidarı təkcə İraqdakı ərazilərlə kifayətlənmir, digər ölkələrin də ərazilərinə iddialıdır: "Referendumun nəticələri, yəni çoxluğun onun lehinə səs verməsi isə göstərir ki, bu hadisə Türkiyə, İran və Suriya üçün də həyəcan siqnalıdır. Türkiyə və İranın bu məsələdə yaxınlaşması hiss olunur. Artıq bu dövlətlər regionda böyükmiqyaslı hərbi təlimlər keçirirlər. Təbii ki, Suriyada Əsəd hökuməti də bunun əleyhinədir. Çünki hazırda dağılmış vəziyyətdə olsa belə, Suriya öz ərazi bütövlüyünü qoruyub saxlamağa çalışacaq". E.Ələsgərov hesab edir ki, Kürdüstanın özünü müstəqil dövlət elan etməsi bölgədə gərginliyin və qarşıdurmanın artmasına, daha bir müharibənin alovlanmasına gətirib çıxara bilər: "Bəzi mənbələrə görə, Kürdüstanın dövlət kimi yaranmasını əsasən İsrail və ABŞ istəyir. ABŞ-ın Kürdüstana silah verməsi, hətta orada hərbi baza yaratması xəbərləri də yayılıb. Buna baxmayaraq, hazırki vəziyyətdə kiminsə Kürdüstanı dövlət kimi tanıyacağına inanmıram. Bundan əlavə, kürdlər arasında məzhəb ayrılığı çoxdur. Onların arasında yezidilər, sünnilər, şiyələr, vəhhabilər və s. var. Həmin bölgədə çoxlu ərəblər, türkmanlar, suryanilər, aysorlar da yaşayır. Onlar etnik təmizləmə təhlükəsi ilə üz-üzə durublar. Ona görə də məncə Kürdüstanda referendumun keçirilməsi və özünü birtərəfli qaydada müstəqil elan etməsi regionda gərginliyi artıracaq, qarşıdurma daha da kəskinləşəcək. Ola bilər ki, İraqın mərkəzi hakimiyyəti İŞİD-lə olduğu kimi kürdlərlə də müharibəyə başlasın. Məncə belə olsa, digər ölkələr də İraqa kömək edəcəklər. Yaddan çıxarmaq olmaz, həmin ərazilər neftlə zəngindir. Osmanlı İmperiyası dağılanda Atatürk Kərkük uğrunda ingilislərlə mübarizə aparırdı və Kərkükün 10 faizinin Türkiyəyə verilməsinə dair anlaşma da əldə olunmuşdu. Buna görə Atatürk Türkiyəsi hətta Osmanlı İmperiyasının Qərb dövlətlərinə olan borcunu da ödəmişdi. Yəni nə İraq, nə Türkiyə belə strateji bölgənin əldən çıxmasına asanlıqla razı olmayacaqlar". Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, İsrail özünün hakim olduğu dövlətlərdə belə bir təbliğat aparır ki, kürdlər Yaxın Şərqdə dördüncü xalqdır və onların öz dövləti olmalıdır: "Mən bunu  inkar etmirəm. Millətin özünün dövlət qurmaq istəyi ola bilər. Ancaq kürdlərin müstəqil dövlət yaratması Azərbaycan üçün bir neçə aspektdən qəbuledilməzdir. Təəssüf ki, Azərbaycanda İraq kürdüstanına açıq dəstək nümayiş etdirənlər var. Kürdlərin özünü müstəqil elan etməyi ermənilərin və digərlərinin Azərbaycanda etnik seperatizmini həvəsləndirə bilər. Bu da yolverilməzdir. Həmçinin, bu, qonşu dövlətlərdə də seperatizmi gücləndirə bilər. Xüsusən kürdlərin yaşadığı İrqada, Türkiyədə, İranda...  Çünki o ərazilərdə milyonlarla kürd yaşayır. Həmin dövlətlərin də ərazi bütövlüyü sual altına düşə bilər. İkinci Dünya Müharibəsindən sonra bəlli bir düzən yaranmışdı. O, düzən dövlətlərin sərhədlərini toxunulmaz elan etmişdi. Yalnız mövcud hakimiyyətin razılığı ilə sərhədlərin dəyişdirilməsi, yeni dövlətlərin yaradılması məsələsi ortaya çıxmışdı. SSRİ-nin dağılması ilə bağlı "Belovejsk sazişi"ni götürək. Sazişdə SSRİ-nin dağılmasına qarşılıqlı şəkildə razılıq verilib. Bu cür "referendum"lar vasitəsilə müstəqil dövlətlərin yaradılması yolverilməzdir. Nəticədə hərbi qarşıdurmaya da gətirib çıxara bilər. Bu addım Şimali İraq Kürdüstanının yeganə qazanc yeri olan neft kəmərini Türkiyə sanksiya tətbiq edib, bağlaya bilər. Bu da səfalət və aclığa səbəb olar". Deputat hesab edir ki, kürdlərin müstəqillik "referendum"unun nəticələrinin reallaşacağına inanmaq üçün tələsmək lazım deyil: "Baxmayarq ki, İraq hökuməti danışıqlar aparmaqdan imtina edib. "Referendum"un nəticələrinin reallaşması istiqamətində mərkəzi hökumətin və qonşu ölkələrin razılığı lazımdır. Mən hesab edirəm ki, Azərbaycan həmin dövlətin "referendum"un nəticələrini tanıya bilməz. Təbii ki, mən də bunun tərəfdarıyam".

Maraqlıdır, bəs baş verən proseslərdə region dövlətlərin maraqları nədən ibarətdir? Siyasi icmalçı Xaləddin İbrahimli deyib ki, Türkiyə, İran və Bağdad yönətimi bir arada olsalar Ərbil müstəqilliyini elan edə bilməyəcək. Onun sözlərinə görə, kənardan nə qədər dəstək olsa da Ərbil çıxılmaz vəziyətdə ağır durumla baş-başa qalacaq: "Amma İran bel bağlanası bir dövlət deyil. Sabah hansı mövqeni tutacağı bəlli deyil. Yaxın Şərqin bu vəziyyətə düşməsində onun payı çoxdur. Özünü qorumaq üçün kənardakı fərqli güclərin əlində alət oldu. İsrail daxil olmaqla bölgədə marağı olan digər bütün güclərin dəyirmanına su tökdü". X.İbrahimli hesab edir ki, bu məsələdə vəziyyətdən hali olan Rusiya da İrana təsir etməyə çalışacaq: "Zəif həlqə Tehrandır. İran Türkiyə və Bağdadın yanından qaçsa da, İraq və Türkiyə bir yerdə İrandan Ağ dənizə yeni bir dövlətin yaranmasına mane ola bilərlər. Rusiya Bağdad yönətimini də qorxutmağa başlayıb. Yazırlar ki, Barzani Bağdada siyasi hakimiyyətin təpəsinə gəlmək istəyir. Bu İbadini qorxudub anlaşmaya sövq etmək, Türkiyədən aralamaqdır". Bununla belə X.İbrahimli bildirib ki, Türkiyə dirənəcək və ən azı Suriyanın quzeyində də anoloji proseslərin getməsinə imkan verməyəcək: "Digər tərəfdən, Ərbilin Kərkükə sahib olmasına göz yummayacaq. Bir xalqın müstəqillik haqqı başqa xalqın bütün haqlarını itirməsi üzərində qurula bilməz. Əgər Suriya və İraq parçalanacaqsa və yerli hakimiyyətlər buna mane olmayacaq, ya ola bilməyəcəklərsə, bu zaman Türkmənlər də öz haqlarına sahib olacaqlar". X.İbrahimli hesab edir ki, yaranmış durumda bütün türk xalqları bu prosesə təkan və töhfə verməlidir: "İqtidarlar əhəmiyyət verməsələr belə xalqlar mübarizələrini aparmalı, hər kəs öz alanında dəstəyini verməlidir. Müasir dünyada bu amilin rolu az deyil. Bəzən deyirlər böyük dövlətlər, dərin dövlət, Mason lojası və s. Amma xalqların kollektiv müqaviməti qədər böyük güc yoxdur. Həyat təkcə yeməkdən, icməkdən, para toplamaqla məşğul olmaqdan ibarət deyil. Həyatda hər kəsin mənsub olduğu millətin qarşısında bir borcu və yükümlülüyü də var". Vəziyyətin bu həddə gəlməsində Türkiyənin mövcud hakimiyyətinin tənqid edilməsinə də aydınlıq gətirən X.İbrahimli deyib ki, Türkiyə duruma görə siyasət yürüdür: "Əgər hərbi çevriliş ərəfəsində referendum keçirilsəydi Türkiyə daha ciddi zərbə alardı. Bu zaman o, İranın təhriki ilə Başikadan türk əsgərlərinin çəkilməsini istəyən Bağdad rejiminin sarsaqlığına qarşı Barzaniyi müdafiə etməli oldu və düz etdi".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31