Minsk qrupu formatı tükənib
Yaxın bölgəmizdə yaşanan proseslər, özü də bu proseslərin arzuedilməz məcraya yönəlmnəsi Cənubi Qafqazda mövcud olan münaqişələrin həllini arxa plana keçirir. Hər halda dünyanın super güclərinin regiona olan maraqlarında bu aydın şəkildə özünü büruzə verir. Düzdür, müəyyən beynəlxalq təşkilatlar, supergüclər Cənubi Qafqazda möhkəmlənmək, regionda öz maraqlarını qorumaq planları barədə düşünürlər. Ancaq məyusedici məqam ondan ibarətdir ki, həmin güc mərkəzləri regionda maraqlarının təmin olunmasına mövcud şərtlər daxilində çalışırlar.
29 Sentyabr 2017 15:25 SiyasətTürkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər sistemində Qarabağ konfliktinin həlli üçün geniş imkanlar var
Yaxın bölgəmizdə yaşanan proseslər, özü də bu proseslərin arzuedilməz məcraya yönəlmnəsi Cənubi Qafqazda mövcud olan münaqişələrin həllini arxa plana keçirir. Hər halda dünyanın super güclərinin regiona olan maraqlarında bu aydın şəkildə özünü büruzə verir. Düzdür, müəyyən beynəlxalq təşkilatlar, supergüclər Cənubi Qafqazda möhkəmlənmək, regionda öz maraqlarını qorumaq planları barədə düşünürlər. Ancaq məyusedici məqam ondan ibarətdir ki, həmin güc mərkəzləri regionda maraqlarının təmin olunmasına mövcud şərtlər daxilində çalışırlar. Yəni, bölgədə heç bir qarşıdurma, müharibə riski olmadan. Bu mənada Dağlıq Qarabağda hər hansı bir hərbi əməliyyatın başlaması da Cənubi Qafqazda marağı olan dairələr üçün sərfəli deyil. Ona görə də əsas diqqət hazırda mövcud status-kvonun saxlanması üzərində cəmlənib. Elə Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin, eləcə də vasitəçi dövlətlərin atdığı addımlarda bunu aydın müşahidə etmək mümkümdür. Həmsədrlərin regiona son səfəri, verdikləri mənasız açıqlamalar, eləcə də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə dair xəbərlərin yayılmasına rəğmən dövlət başçılarının görüşünün baş tutmaması deyilənləri təsdiqləyir. Hazırda ortada olan mənzərə ondan ibarətdir ki, problemin həlli istiqamətində heç bir ciddi addımın atılmasına vasitəçilər tərəfindən maraq nümayiş etdirilmir. Bu günlərdə həmsədrlik qrupu barədə yayılan daha bir xəbər isə ümumiyyətlə, vasitəçilərin yaxın perspektivdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı nəticəli və ya nəticəsiz bir addım atacağına şübhələr yaradır. Belə ki, bu günlərdə Birləşmiş Ştatların Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı qeyd olunması barədə xəbərlər yayılıb. Bununla bağlı ABŞ Dövlət katibi Tillersonun Senata göndərdiyi məktubda yazılır ki, amerikalı həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər. Bəs görəsən, Amerikanın belə bir addım atması nə dərəcədə realdır və üçlü formatda Dağlıq Qarabağ probleminin həllinə nail ola bilməyən həmsədrlər, bundan sonra ikili formada nəyəsə nail ola biləcəklərmi? Ümumiyyətlə, belə bir halın baş verəcəyi nəyə hesablanıb? Yəni Birləşmiş Ştatlar Qarabağ probleminin həlli məsələsindən geri çəkilirmi? Yaxud bundan soinra Vaşinqton qeyd edilən istiqamətdə fəallığı daha da artıracaqmı?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Birləşmiş Ştatların Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupunun formatı çərçivəsində həll prosesindən uzaqlaşması onu göstərir ki, bu format artıq öz missiyasını itirib: "Həmçinin görünür , ABŞ artıq, Rusiya ilə eyni masada konfliktin həllini mümkün görmür və, bu istiqamtdə vəmüzakirə aparmaq istəmir. Vurğulamaq lazımdır ki, ABŞ və Rusiya arasında ciddi siyasi-iqtisadi problemlər yaşanır. Ona görə də iki ölkənin eyni masada əyləşib, konfliktin həllində danışıqlar aparması mümkün deyil. Bunu dəfələrlə qeyd etmişik. Beynəlxalq konyukturada rəqib olan və soyuq savaş aparan iki ölkənin münaqişənin həllinə baxışı eyni ola bilməz". Politoloq deyib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupundakı sabiq həmsədri R. Hoqland vasitəsilə münaqişəyə öz siyasi baxışını vurğulayıb: "Bu, Azərbaycanın milli maraqlarına cavab verə bilən mərhələli həll planıdır. Görünür, ABŞ -ın mərhələli həll planını qabartması, Rusiyanın isə "Paket həll" variantına üstünlük verməsi, belə bir sınmanı sürətləndirib. Həmsədrlərin iştirakı ilə Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra, ABŞ-ın Minsk qrupunda daimi təmsilçilikdən ayrılması təsadüfi deyil və görünür, münaqişə ətrafında çox ciddi fikir ayrılıqları var. Rusiya tam şəkildə Ermənistanın yanında olduğu üçün danışıqları səmərəsiz hesab edib. Bir daha qeyd edirəm ki, Minsk qrupu formatı artıq tükənib. Bundan sonra, Rusiya çalışacaq ki, münaqişənin həllində irəliləyiş əldə olunmasın. Status-kvonu qorusun". Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan mütləq şəkildə Qarabağ probleminin həllində Rusiyaya ümid bağlamamalıdır: "Qərblə sıx diplomatik əlaqələri inkişaf etdirməli, Türkiyə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməlidir. Münaqişənin həlli ilə bağlı danışıqlar, Moskva ilə birbaşa deyil, Ankara ilə birgə aparılmalıdır. Belə bir, danışıqları aparmaq üçün Ankara-Bakı Qarabağla bağlı "Ortaq işçi qrupu" yaratmalıdır. Çünki, Azərbaycanın Rusiya ilə təkbaşına danışıqları fayda verməyəcək. Rəsmi Kreml çox çətin şərtlərlə qarşımıza çıxacaq. Artıq, Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar formatı dəyişməlidir. İyirmi ildən artıq davam edən danışıqlar heç bir nəticə verməyib. Bakı-Ankara birgə formatı yaradılmalı, Moskva ilə diplomatik danışıqlar başlamalıdır. Türkiyə ilə Rusiya arasında siyasi münasibətlər normallaşıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müqavilələr imzalanıb. Artıq, siyasi-iqtisadi əməkdaşlığın inkişafı, hərbi sahədə əməkdaşlığa gətirib. Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər sistemində Qarabağ konfliktinin həlli üçün geniş imkanlar var. Ermınistanın yerinə əsas söz sahibi məhz Rusiyadır".
Füzuli