Qeyri-neft sektorunun inkişaf etdirilməsi
Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Etiraf etmək lazımdır ki, əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi.
29 Sentyabr 2017 15:19 İqtisadiyyatAzərbaycanın ixrac potensialını artırır
Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Etiraf etmək lazımdır ki, əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi. Bu gün isə geniş imkanlar var. Eyni zamanda dövlətin də bu sahəyə göstərdiyi diqqət və qayğı qeyri-neft sektorunun inkişafına öz dəyərli töhfəsini verir. Millət vəkili Tahir Rzayev deyir ki, dövlətin iş adamlarına, sahibkarlara dəstəyi də bu mənada xüsusi qeyd edilməlidir: "Sahibkarlara güzəştli kreditlər verilir ki, onlar da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. Bütün bunların nəticəsində yüz minlərlə yeni iş yerləri açılıb ki, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pambıq, fındıq, barama, çayçılıq, tütünçülüyün inkişaf ilə bağlı xeyli iş yeri açılıb. Bu məhsullar ölkəyə valyuta gətirir. Məqsəd odur ki, yerli məhsularımız xarici bazarlara çıxarılsın. Biz idxaldan asılılığı aradan qaldırmalıyıq. Bu məsələdə kənd təsərrüfatının böyük potensialı var. Göründüyü kimi, ölkəmizdə neft sektoru ilə yanaşı digər sahələr də inkişaf edir. Bu istiqamətdə görülən işlər qarşıdakı illərdə daha böyük səmərə verəcək".
Millət vəkili deyib ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın ixrac potensialını da artırır: "Bu sahənin potensialı yüksəkdir. Bu baxımdan, bölgələrin də ixtisaslaşdırılması lazımdır. Çünki ayrı-ayrı regionların spesifik xüsusiyyətləri var. Ona görə də, ixtisaslaşma mütləq getməlidir və gedir. Bu gün bölgələrdə aqroparklar, sənaye parkları və zonaları yaradılır. Ümumilikdə, ötən ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Bu islahatlar iqtisadi sektora aid prioritet istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Ölkədə aparılan islahatlar sayəsində Azərbaycanın bir sıra spesifik cəhətləri ilə səciyyələnən yeni iqtisadi inkişaf modeli formalaşıb. O cümlədən burada daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Regionlarda sənaye mərkəzlərinin yaradılması istiqamətində böyük işlər gedir. Məsələn, Mingəçevir sənaye parkında istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq. Ən əsas məsələlərdən biri də budur ki, minlərlə yeni iş yeri yaradılır. Eləcə də, kənd təsərrüfatının ixrac potensialını artımaq üçün sistemli tədbirlər görülür. Dövlətimiz bunun üçün lazımi dəstək göstərir. Əvvəllər insanlar bölgələrdən Bakıya işləməyə gəlirdilər. Çünki bölgələrdə iş yeri yox idi. İnsanların paytaxta axını müəyyən çətinliklər, problemlər də yaradırdı. İndi isə mənzərə tamamilə dəyişib və şəhərlərdən bölgələlərə işləməyə gedirlər. Bütün bunlar uğurlu siyasətin nəticələridir".
Tahir Rzayev onu da diqqətə çatdırıb ki, ötən müddət ərzində əldə edilən neft gəlirləri dinamik olaraq ölkəmizin sosial-iqtisadi həyatının yüksəlməsinə sərf olunub: "Bu da çox təbii və düzgün yoldur. "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ildən keçən dövr ərzində Azərbaycan tamamilə dəyişib. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb, Azərbaycan dünyada söz sahib olan dövlətdir. Eyni zamanda, iqtisadiyyatımız dəfələrlə yüksəlib. Təbii ki, bu inkişafın əldə olunmasında neft gəlirlərinin düzgün xərclənməsi də mühüm rol oynayır. Bəzi müxaliflər iddia edirdilər ki, neft gəlirləri düzgün istifadə olunmur. Amma onların iddialarında heç bir məntiq yoxdur. Çünki, ötən dövr ərzində yalnız və yalnız inkişaf etmişik. 2004-cü ildən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Artıq üçüncü dövlət proqramı icra olunmaqdadır. Bu proqramlar çərçivəsində nəinki böyük şəhərlər inkişaf edib, eləcə də, ən ucqar kəndlər də bu inkişafdan bəhrələnir. Məhz uğurlu siyasətin nəticəsidir ki, bu gün bölgələrdə insanlar qaz, su, işıq, yol məsələsində çətinlik çəkmirlər. Yəni bölgələrimiz sürətlə inkişaf edir, bunun nəticəsind də insanlar regionlarda rahat, firəvan yaşayırlar. Bir çox bölgələrdə sənaye müəssisələri fəaliyyət göstərir. Əgər işıq, qaz, yol infrstrukturu yoxdursa, biz kənddə hansı sənaye müəssisəsi yarada bilərdik? Ona görə də, neft gəlirləri bu sahələrin inkişafına yönəldildi ki, bu da çox düzgün siyasətdir.
Məhəmməd