Avropa Şurası ənənəvi təxribatını davam etdirir
Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycanın qurumdan kənarlaşdırılmaq ehtimalının olduəunu dilə gətirməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Əslində təkcə Avropa Şurası deyil, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən analoji bəyənatların veriləcəyi gözlənilən idi. Azərbaycanın beynəlxalq nüfuzuzun artması, beynəlxalq reytinq cədvəlində irəliləyərək inkişaf etmiş ölkələri belə geridə qoyması, ən əsası isə qarşıdan gələn prezident seçkiləri bu tipli addımların atılma ehtimalını artırırdı. Budur, Avropa Şurasının rəsmisi heç bir sərhəd gözləmədən ölkəmizə qarşı ikili siyasətini ortaya qoymaqla “irəli düşdü”.
29 Sentyabr 2017 15:09 SiyasətQurumdakı anti-Azərbaycan və ermənipərəst dairələri fəallaşıblar
Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycanın qurumdan kənarlaşdırılmaq ehtimalının olduəunu dilə gətirməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Əslində təkcə Avropa Şurası deyil, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən analoji bəyənatların veriləcəyi gözlənilən idi. Azərbaycanın beynəlxalq nüfuzuzun artması, beynəlxalq reytinq cədvəlində irəliləyərək inkişaf etmiş ölkələri belə geridə qoyması, ən əsası isə qarşıdan gələn prezident seçkiləri bu tipli addımların atılma ehtimalını artırırdı. Budur, Avropa Şurasının rəsmisi heç bir sərhəd gözləmədən ölkəmizə qarşı ikili siyasətini ortaya qoymaqla "irəli düşdü".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, əslində, bu, heç də İlqar Məmmədov məsələsi deyil. Bu Azərbaycanın müstəqil xarici, daxili siyasət yürütməsinə qarşı Avropanın müəyyən dairələrinin reaksiyasıdır. Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Azəri-Günəşli-Çiraqla bağlı yeni müqavilə bağladı və SOCAR-ın orada payı 11%-dən 25%-ə qalxdı: "Azərbaycan bu gün öz valyuta ehtiyatlarından müstəqil surətdə istifadə edir. Bu Avropanın müəyyən dairələrini narahat edir və iqtisadi maraqlarına toxunur. Ermənistanı müdafiə edən müəyyən dairələr Azərbaycanı Ermənistana ərazilərini güzəştə getməməsinə görə cəzalandırmağa çalışırlar. Digər tərəfdən Avropa Məhkəməsi qərar qəbul edib, bu Avropa Məhkəməsi ilə Azərbaycan arasında olan münasibətdir. Yaqland beynəlxalq təşkilatın bir çinovnikidir. Onun vəzifəsi təşkilatın işlərini aparmaqdır. Azərbaycanın üzərində prokurur nəzarəti həyata keçirmək, Azərbaycana diktə etmək kimi səlahiyyətləri heç kim ona verməyib. Ona görə də hesab edirəm ki, belə bəyanatlar Azərbaycanla Avropa Şurası arasında soyuq münasibətlərə səbəb ola bilər. Bunun da məsuliyyətini, ilk növbədə, Yaqland çəkəcək". Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa Şurasında çalışan bəzi şəxslər Azərbaycanla hökm, təzyiq dili ilə danışmamalıdırlar. Çünki, buna əsasları və haqları yoxdur. Onun sözlərinə görə, belə üslub anti-Azərbaycan qüvvələrin fəaliyyətinin təzahürü və ikili standartların göstəricisidir: "Azərbaycan ilə əməkdaşlıq etməkdə fayda var. Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünməlidirlər ki, Avropa Şurası Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan bu quruma? Azərbaycan bu qurumsuz da yaşaya və daha yaxşı yaşayıb inkişaf edə, Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını və beləliklə öz maraqlarının təminatını itirə bilər". M. Qasımlı bildirib ki, Avropa Şurası ən azı Rusiya ilə olan münasibətlərin təcrübəsini xatırlamalıdır: "Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir. Həm də Yaqland və ona bənzər bir neçə şəxs bütün Avropa Şurası demək deyil". Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Avropa Şurasının ermənipərəst mövqe tutmasına heç kimin şübhəsi yoxdur. Bu baxımdan da qurum heç zaman Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal edən Ermənistana qarşı bir kəlmə söz demir. Son illər AŞPA islamofob meyllərinin qalib gəldiyini deyən politoloq söyləyib ki, artıq bu qurum müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir təşkilata çevrilib: "Bildiyiniz kimi Avropa Şurası bura üzv dövlətlərin qanunvericiliyini bir-birinə yaxınlaşdırılması üçün yaradılıb. 2001-ci ildən Azərbaycanda bu quruma üzv olub. Avropa Şurasına üzv olduğumuz müddət ərzində Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib". Q.Hüseynlinin sözlərinə görə, Avropa Şurasının da kifayət qədər nöqsanları var: "Ermənilər Avropada meydan sulayur, at oynadırlar. Avropa Şurasının Azərbaycan və Türkiyəyə qarşı sərt mövqe tutmasının arxasında da ermənilərin xüsusi rolu var". Politoloq qeyd edib ki, Azərbaycanın dünyadakı nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir: "Azərbaycanın səsi artıq bütün dünyadan gəlir. Ölkəmiz Avropa bazarlarını neft və mavi yanacaqla fəth edib. Bundan başqa, Azərbaycanın müstəqil siyasət sürməsi islamofobiyanın gücləndiyi AŞ-da xüsusi ittiham hədəfinə çevrilib".
Siyasi-şərhçi Elçin Mirzəbəyli deyib ki, Baş katibin fikirləri əlbəttə, bütövlükdə Avropa Şurasının mövqeyi kimi qəbul edilə bilməz. O yalnız özünün subyektiv fikirlərini səsləndirə bilər. Bütövlükdə Avropa Şurasının, Parlament Assambleyasının da yaradılmasında əsas məqsəd, üzv dövlətlərin qanunvericiliyinin bir-birinə yaxınlaşdırılması, əməkdaşlıq perspektivlərinin genişləndirilməsidir. Yəni bu qurumların hər hansı birinin cəzalandırılma, rəy formalaşdırma statusu yoxdur. Əməkdaşlıq üçün yaradılan qurumların böyük əksəriyyətinin hansısa maraqlar ucbatından əsas funksiyalarını yerinə yetirmədiyinə, özlərini hakim kimi apardıqlarına təəssüfünü bildirən E.Mirzəbəyli bildirib ki, bütün bunlar da həm inteqrasiya prosesinə mane olur, həm də beynəlxalq təşkilatların nüfuzdan düşməsinə zəmin yaradır: "Bu baxımdan Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın açıqlamaları qurumun özünün prinsiplərinə ziddir. Hansısa subyektiv mülahizələrə söykənərək, bu gün dünyada sülhün və əmin-amanlığın qorunub saxlanması istiqamətində əməli mövqe nümayiş etdirən, beynəlxalq birliyin ən nizamlı üzvlərindən biri olan, multikultural dəyərlərin qorunduğu bir ölkəyə qarşı qeyri-obyektiv mülahizələr səsləndirir. Hesab edirəm ki, bu şəxsin subyektiv mövqeyinə qarşı Avropa Şurasının özündə də ədalətli bir mövqe səsləndiriləcək. Onun tərəfindən irəli sürülən subyektiv mülahizələrin hər hansı bir effekt verməyəcəyini düşünürəm". Hazırda ortada ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün pozulması, işğalçı faktının olduğunu dilə gətirən siyasi şərhçi söyləyib ki, əgər Avropa Şurası və onun rəhbərində təmsil olunan şəxslər işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi-köçkün vəziyyətinə düşən 1 milyondan artıq insanın hüquqlarının müdafiəsi ilə bağlı bir kəlmə söz açmırsa, bu şübhəsiz ki, onların qeyri-obyektiv və ədalətsiz mövqeyindən, eyni zamanda işğalçının maraqlarına xidmət etməsindən xəbər verir: "Azərbaycan torpaqlarının 20 faizindən çoxu işğal olunub, 1 milyondan çox insan özünün ən adi hüquqlarından məhrum olub. Ermənistanın bu işğal faktından Azərbaycan xalqının ziyan çəkməsi, azərbaycanlıların ermənilərin etnik təmizlənməsi siyasətinə məruz qalması ilə bağlı çoxlu sayda faktlar var və bu faktlar beynəlxalq birlik və ayrı-ayrı dünya dövlətləri tərəfindən də tanınıb, Bununla yanaşı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə bağlı Avropa Məhkəməsinin də qərarları var. Belə olduğu təqdirdə Avropa Şurasının susması onların ikili standartlı fəaliyyətini göstərir". E.Mirzəbəyli qeyd edib ki, Avropa Şurasının xüsusilə Türkiyə və Azərbaycana qarşı təzyiqlər etməsinin arxasında erməni diasporu dayanır: "Digər tərəfdən hər iki dövlətin bölgədə öz maraqlarından çıxış etməsi Avropa Şurasının ermənipərəst dairələri ciddi narahat edir. Hər iki ölkən ilk növbədə öz dövlət maraqlarını önə çəkdiyi, bu və digər dövlətlərin, eləcə də güc mərkəzlərinin heç bir avantürist oyunlarında iştirak etmədiyi üçün də çox zaman bu cür adekvat addımlarla, həqiqətə uyğun olmayan davranışlarla, böhtan və yalanlarla qarşılaşırlar".
Alim