Deputat: Narkotik maddədən istifadə Cinayət Məcəlləsindən çıxarılmalıdır

“Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən məhbusların 30 faizi narkotik maddələrdən istifadəyə görə həbs olunan şəxslərdir. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

"Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən məhbusların 30 faizi narkotik maddələrdən istifadəyə görə həbs olunan şəxslərdir. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, narkotik maddələrdən istifadə edənlərin sağlamlığı istiqamətində addımlar atılan bir zamanda Cinayət Məcəlləsində də bu məsələ ilə bağlı daha ciddi addımlar atılmalıdır: "Düzdür, CM-də narkotik maddədən istifadə etdiyinə görə, cəza nəzərdə tutulan 234.1 bəndi çıxarılsa da, digər bəndlər qüvvədədir. Hesab edirəm ki, ümumiyyətlə CM-dən 234-cü maddə çıxarılmalıdır". O, əlavə edib ki, narkotik maddələrdən istifadə edənlərin həbsi düzgün deyil: "Bilmirəm bu kimim marağındandır, amma onu deyə bilərəm ki, bu gün həbsxanalardakı məhbusların 30 faizi narkotikdən istifadəyə görə cəza çəkən məhbuslardır. Onların da mütləq əksəriyyəti isə 234.1 maddəsi ilə həbs olunanlardır. Ona görə də bu maddə ləğv olunmalıdır. Çünki bunun nəticəsində ölkədə ailələrdə ciddi problemlər yaşanır, ailələr dağılır. Bir də spirtli içki içənlər həbs olunmursa, o zaman niyə narkotik maddə çəkənlər həbs olunsun? Bütün bunları nəzərə alaraq bir daha 234-cü madədənin bütövlükdə Məcəllədən çıxarılmasını təklif edirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31