Həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansı addımları atacaq – “İkinci Pərdə”
Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında “İkinci Pərdə” filminin treyleri təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Rejissoru Emil Quliyev, Baş Prodüseri isə Orxan Mərdandır. Olaylar bildirir ki, filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.
29 Sentyabr 2017 14:39 Teatr və kinoAlov Qüllələrində yerləşən Park Cinema kinoteatrında "İkinci Pərdə" filminin treyleri təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Rejissoru Emil Quliyev, Baş Prodüseri isə Orxan Mərdandır.
Olaylar bildirir ki, filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.
Süjeti xəyanət üzərində qurulan filmdə həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansı addımları atacağı tamaşaçılarda gərgin anlar yaşadacaq.
Qeyd edək ki, Emil Guliyevin daha öncə çəkdiyi "Pərdə" filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı.