Prezident həbs qətiimkan tədbirləri ilə bağlı vəziyyəti qeyri-normal hesab edir
“Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb.
29 Sentyabr 2017 14:22 Sosial"Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb. Eyni zamanda, prezident dəfələrlə əfv sərəncamları verib, Milli Məclis Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Biz çalışmışıq ki, qanunlarımız bir tərəfdən sərt, icra olunan olsun, o biri tərəfdən isə insanlara qarşı yönəlməsin, insanlara ədalətli tətbiq edilsin". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin: "Narahatlıq da odur ki, həbs qətiimkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal hesab edir. Biz də hüquq ictimaiyyəti olaraq, bununla şərikik. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insana, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır".