Komitə sədri Aİ-nin nümayəndələri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu qeyd edib. Görüş zamanı Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin  (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi müzakirə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Komitədən "Olaylar"a verilən məlumata görə, Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu qeyd edib. Görüş zamanı Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin  (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi müzakirə edilib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz növbəsində, ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin qadın və uşaq hüquqlarının qorunması, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan hökumətinin dəstəyinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31