Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb. Bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.

"Simferepolda Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusya vətəndaşları Dmitri Dolqopolov və Anna Suxonosova saxlanılıb", - xəbərdə deyilir. Saxlanılan kişi hərbi qulluqçudur, onun xidmət etdiyi hərbi bölmə Krımda yerləşəir. O dindirmə zamanı məxfi məlumatları Ukrayna kəşfiyyatına verdiyini etiraf edib. "Dövlət xəyanət" maddəsi üzrə cinayət işi qaldırılıb. Günahkarı 20 il həbs cəzası gözləyir. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31