Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş seminar
Tarixi Muzeyi ilə Bilik Fondunun birgə təşkilatçılığı ilə muzeydə növbəti tədbir təşkil olunub. “Şərqşünas Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusundakı seminarda BDU Şərqşünaslıq fakültəsinin, Maliyyə-İqtisad Kollecinin və müxtəlif universitetlərin tələbələri iştirak edib.
29 Sentyabr 2017 14:07 SosialTarixi Muzeyi ilə Bilik Fondunun birgə təşkilatçılığı ilə muzeydə növbəti tədbir təşkil olunub. "Şərqşünas Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış" mövzusundakı seminarda BDU Şərqşünaslıq fakültəsinin, Maliyyə-İqtisad Kollecinin və müxtəlif universitetlərin tələbələri iştirak edib.
Seminarda muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, Bilik Fondunun sektor müdiri Hacı Abdulla Nəriman oğlu, BDU Şərqşünaslıq fakültəsinin dekan müavini Hüseyn Sadıqov, muzeyin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov, "Tərəf.info" saytının redaktoru Kəmalə Müslümqızı, müstəqil tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli çıxış ediblər. Məruzəçilər öz çıxışlarında Azərbaycan - ərəb ədəbi, fəlsəfi-mədəni əlaqələrinin tədqiqində şərqşünas Aida xanım İmanquliyevanın rolu və yaradıcılığı haqqında dinləyicilərə məlumat vermişdirlər. Tədbiri giriş sözü ilə t.ü.e.d. N.Əliyeva açmış, daha sonra Hacı Abdulla Nəriman oğlu Bilik Fondunun multikulturalizm və islam həmrəyliyi mövzularında keçirdiyi tədbirlər haqqında məlumat verdi. Aida xanım İmanquliyevanın yaradıcılığı və livanlı ərəb mütəfəkkiri Cübran Xəlil Cübran haqqında t.ü.f.d. Ə.Fərhadov, Cübran Xəlil Cübranın yaradıcılığında din mövzusu haqqında R.Əsgərli, azərbaycanlı şairə, qadın azadlığının carçısı Tahirə Qürrətüleyn haqqında K.Müslümqızı ətraflı çıxış ediblər.