Deputat: Cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzası tətbiq edilsin

Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, sözügedən təklif deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb.

Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub. "Olaylar" xəbər verir ki, sözügedən təklif deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb. O qeyd edib ki, Konstitusiyaya son dəyişikliklərdən sonra buna imkan da yaranıb: "Cinayət Məcəlləsinin xüsusi hissəsində bu məsələ nəzərdə tutulsa da, ümumi hissədə cəza növü kimi nəzərdə tutulmayıb. Ona görə də, təklif edirəm ki, bunu cəza növü kimi 43-cü maddəyə daxil edək". Q. Həsənquliyev onu da deyib ki, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31