Mixail Erdman və Orxan Qaravəlli öz kitablarını Universitetə hədiyyə etdilər

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayının 28-30 tarixlərində Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi də öz ədəbiyyat fondunun nəşrləri ilə fəal iştirak edir. Olaylar bildirir ki, Bakı İdman Sarayında Sərgi-Yarmarkanın təntənəli açılış mərasimindən sonra Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Xalq yazıçıları Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, eləcə də xarici qonaqlar və digərləri ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirərək universitetin əməkdaşlarının nəşrləri ilə maraqlanıblar. Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsəgərova kitablarla maraqlanan hər bir qonağa sərgilənən ədəbiyyat haqqında müfəssəl məlumat verib. 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayının 28-30 tarixlərində Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi də öz ədəbiyyat fondunun nəşrləri ilə fəal iştirak edir.

Olaylar bildirir ki, Bakı İdman Sarayında Sərgi-Yarmarkanın təntənəli açılış mərasimindən sonra Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Xalq yazıçıları Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, eləcə də xarici qonaqlar və digərləri ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirərək universitetin əməkdaşlarının nəşrləri ilə maraqlanıblar. Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Əsəgərova kitablarla maraqlanan hər bir qonağa sərgilənən ədəbiyyat haqqında müfəssəl məlumat verib. 

Tədbirdə ADMİU-nun Kitabxana-informasiya Mərkəzi ilə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Moldova, Belarus, Özbəkistan Milli Kitabxanası, ABŞ-ın Los Anceles universitetinin kitabxanasının əməkdaşları arasında kitab mübadiləsi həyata keçirilib və qarşılıqlı əməkdaşlıq perspektivləri üzərində fikir mübadiləsi aparılıb. Böyük Britaniyanın "The British Library" kitabxanasının Türk ədəbiyyatı kolleksiyasının müdiri Mixail Erdman (Michael Erdman) və Türkiyəli tanınmış yazar Orxan Qaravəlli öz kitablarını Universitetə hədiyyə edərək Kitabxana-informasiya Mərkəzi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.  

Sərgi-Yarmarka zamanı "Azərbaycanda Atatürk Mərkəzi"nin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi mərkəzin nəşri olan kitablardan hədiyyə olaraq ADMİU-nun Kitabxana-informasiya Mərkəzinə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31