AÇ-2017: Azərbaycan millisi yarımfinal yolunda
Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir. Məlumata görə, ötən gün iki yarımfinalçı məlum olub. Belə ki, İtaliyanı məğlub edən Niderland və Belarusa qalib gələn Serbiya yığması (hər ikisi 3:0) adını yarımfinala yazdırıb. Bu gün 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə. Hər iki qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək.
29 Sentyabr 2017 11:35 İdmanBakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir. Məlumata görə, ötən gün iki yarımfinalçı məlum olub. Belə ki, İtaliyanı məğlub edən Niderland və Belarusa qalib gələn Serbiya yığması (hər ikisi 3:0) adını yarımfinala yazdırıb. Bu gün 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə. Hər iki qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək. Trend.az