Təcili yardım bölməsində unudulan xəstənin beyninə qan sızaraq öldü - VİDEO
ABŞ-ın Nyu-York şəhərində başından yaralanan şəxs getdiyi xəstəxanının təcili yardım bölməsində unudulub. 9 saat gözlədikdən sonra komaya düşən 53 yaşlı Anxel Rivera dünyasını dəyişib.
29 Sentyabr 2017 11:20 DünyaABŞ-ın Nyu-York şəhərində başından yaralanan şəxs getdiyi xəstəxanının təcili yardım bölməsində unudulub. 9 saat gözlədikdən sonra komaya düşən 53 yaşlı Anxel Rivera dünyasını dəyişib. Başqa bir xəstə Anxel Riveranın huşunu itirdiyini və burnundan qan gəldiyini görüncə tibb bacılarına xəbər verib. Həkimlər tərəfindən müayinə edilən Anxelin beyninə qan sızdığı və komaya düşdüyü məlum olub. İki il komada qalan şəxsin övladları atalarının xəstəxana işçilərinin məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edirlər və məhkəməyə müraciət ediblər. Milli.Az Haberler-ə istinadən xəbər verir.