Nazir: Azərbaycan Rusiyada ÜAK-ın fəaliyyətinin bərpa olunacağına ümid edir

Azərbaycan Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpa olunacağına ümid edir. Məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilmiş VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib. Nazir xatırladıb ki, ÜAK 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Ş.Mustafayev bildirib ki, Rusiyanın demək olar ki bütün regionlarında çox sayda azərbaycanlı yaşayır, onlar Rusiya cəmiyyətinə inteqrasiya olur və RF-nin inkişafına heç də az töhfə vermirlər.

Xatırladaq ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apellyasiya şikayəti verib. Bundan əvvəl, mayın 15-də isə Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ÜAK-ın qeydiyyatı ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31