Tbilisidə Avropa Gənclər Forumu keçirilib
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Tbilisi şəhərində keçirilən "Gənclər siyasətində keyfiyyət standartları" adlı tədbirdə iştirak edib. Tədbir Avropa Gənclər Forumu və Tbilisi şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Milli Şuradan “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirin məqsədi gənclər siyasəti ilə bağlı Avropa gənclər forumunun tərtib etdiyi 8 keyfiyyət göstəricilərinin tətbiqininin müzakirəsidir.
29 Sentyabr 2017 11:24 SosialGənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Tbilisi şəhərində keçirilən "Gənclər siyasətində keyfiyyət standartları" adlı tədbirdə iştirak edib. Tədbir Avropa Gənclər Forumu və Tbilisi şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Milli Şuradan "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin məqsədi gənclər siyasəti ilə bağlı Avropa gənclər forumunun tərtib etdiyi 8 keyfiyyət göstəricilərinin tətbiqininin müzakirəsidir.
Tədbirin ilk günü ölkələrin milli gənclər təşkilatlarının fəaliyyətləri və təcrübələri barədə təqdimatlar baş tutub. Tədbirin növbəti günündə "Gənclər siyasəti və gənclər siyasətində keyfiyyət standartları" mövzusunda barədə təqdimatlar keçirilib. Daha sonra gənclər siyasəti ilə bağlı gənclər təşkilatları arasında əməkdaşlıqlar müzakirə olunub.
Milli Şuranın sədr müavini Aysun Zeynalova tədbirdə Azərbaycanın gənclər siyasəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və ölkədə fəaliyyəti göstərən Gənclər Evləri haqqında danışıb. O, həmçinin Gənclər Təşkilatları Milli Şurası fəaliyyəti və üzvü olan gənclər təşkilatları üçün təşkil etdiyi müxtəlif xidmətlər haqqında ətraflı məlumat verib.