Əfqanıstanda TERROR
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danış 1TV kanalına açıqlamasında bildirib. Danışın sözlərinə görə, partlayış yerli vaxtla 16:30-da olub. Partlayış nəticəsində 3 nəfər ölüb, 16 yaralı var. Ölənlər arasında iki polis də var. Yaralılar arasında dinc sakinlər üstünlük təşkil edir.
29 Sentyabr 2017 10:32 DünyaƏfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danış 1TV kanalına açıqlamasında bildirib. Danışın sözlərinə görə, partlayış yerli vaxtla 16:30-da olub. Partlayış nəticəsində 3 nəfər ölüb, 16 yaralı var. Ölənlər arasında iki polis də var. Yaralılar arasında dinc sakinlər üstünlük təşkil edir.
Bombanın polis maşınına maqnit vasitəsi ilə yapışdırıldığı bildirilir.
Terror aktına görə hələ ki, məsuliyyəti üzərinə götürən yoxdur.