Çin Şimali Koreya ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar tətbiq etmək qərarından sonra hərəkətə keçib. Hökumət ölkədə fəaliyyət göstərən Şimali Koreya mənşəli bütün şirkətləri və ortaqlıqları bağlayacaq. Xəbəri Çinin Ticarət Nazirliyi də təsdiq edib. Nazirlikdən verilən məlumatda şirkətlərin 120 gün içində bağlanacağı da bildirilib.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası 12 sentyabrda yeni qərar qəbul edib. Qərara əsasən, bu ay 6-cı ballistik raketini sınaqdan keçirən Şimali Koreyaya tətbiq edilən sanksiyalar ağırlaşdırılır. BMT bu ölkədən tekstil məhsullarının ixracına da qadağa qoyub və neft idxalını məhdudlaşdırıb. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31