Qaz balonunun içindən fişəng çıxdı

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb.

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məluiumata görə, gömrükçülərin suallarına mənfi cavab versə də, Məşədiyev Rusif Firudin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin qaz balonunun içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində "Roman Candle" sözləri yazılan 60 qutu fişəng və üzərində "Super Blitz" sözləri yazılan hər birində 10 ədəd olmaqla 40 qutu pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31